Eyni sertifikat, fərqli qiymət: Azərbaycanda IELTS imtahanları niyə DAHA BAHADIR? - HƏQİQƏTƏN DƏ...

 
Bu gün, 13:44           
Müasir dövrdə beynəlxalq təhsil və karyera imkanlarından yararlanmaq istəyən şəxslər üçün IELTS imtahanı çox vacibdir. Bu imtahan ingilis dili biliklərinin beynəlxalq səviyyədə qiymətləndirilməsi üçün əsas sistemlərdən hesab olunduğu üçün dünyanın bir çox universitetləri, şirkətləri yüksək IELTS nəticələri göstərmiş şəxsləri qəbul edir.

Son illərdə isə IELTS imtahanının əhəmiyyəti daha da artıb. Beynəlxalq təhsil proqramlarının genişlənməsi və miqrasiya imkanlarının artması, bununla da xaricdə iş fürsətlərinin yaranması bu imtahanın dəyərini daha da artırıb. Bəlkə də bu səbəbdəndir ki, budəfəki IELTS imtahanının qiymətində nəzərəçarpacaq artım müşahidə olunub - 530 manat. Sözügedən imtahanın qonşu ölkələrlə daha ucuz olması suallar doğurur:

Niyə Rusiya, Türkiyə kimi böyük ölkələrdə 400-450 civarında (Qazaxıstanda hətta 350 manata!) Amma bizdə 530 manata?

Qiymət fərqinin Azrbaycanda yüksək olmasını imtahana artan tələblə əlaqələndirirlər. Dil üzrə mütəxəssis, İELTS təlimçisi Kamal Vəliyevin Bizim.Media-ya açıqlamasına görə, bu fərqin səbəbləri iqtisadi amillər, imtahan mərkəzlərinin idarə olunma xərcləri, valyuta məzənnələri və yerli təhsil bazarının tələbi ilə bağlıdır.
“IELTS imtahanının qiyməti yalnız beynəlxalq standartlarla deyil, həm də hər ölkənin daxili vəziyyəti ilə formalaşır. Qiymət artımı son zamanlar tələbatın çoxalması və imtahanın keçirilməsi üçün lazımi xərclərin qlobal inflansiyaya görə artması ilə əlaqələndirilir. Amma IELTS qiymətlərinin bu qədər artması həqiqətən bir çox tələbə üçün ciddi problem yaradır. Xüsusilə tələbələrin həm kurs, həm də imtahan xərclərini qarşılamağa çalışdığı dövrdə bu qiymətlər motivasiyanı azaldır”

Mütəxəssis vurğuladı ki, indiki məqamda ən doğru addım imtahana xüsusi ciddiyyətlə hazırlaşmaq və tam hazır olmadan imtahana tələsməməkdir.

“Son dövrlərdə Qərb ali təhsil müəssisələri, xüsusilə Böyük Britaniya universitetlərindən qəbul sayı çox artıb. Reytinqi yuxarı olan universitetlərdə tələb əksər hallarda 7 baldan başlayır. Ona görə də həmin universitetlərə müraciət edənlər nəyin bahasına olursa olsun, dəfələrlə İELTS imtahanı verməyə hazırdırlar. Ona görə də ən real yanaşma imtahana tam hazır olmadan qatılmamaqdır.Çünki ikinci dəfə imtahan vermək həm maddi, həm də psixoloji olaraq daha çətin olur.”

Qeyd edək ki, İELTS imtahanında ən yüksək bal 9-dur. İki növ – akademik və general IELTS var. Akademik İELTS xaricdə universitetə qəbul olmaq, ingilis dili tələb olunan məktəblərdə təhsil almaq üçündür. General IELTS isə daha çox iş vizası və immiqrasiya məqsədləri üçün istifadə olunur.






Xəbəri paylaş


 
 


Xəbər lenti