Sərhəddə qəribə mənzərə: Rusiyaya girmək üçün 316 manat ödəyirlər

 
Bu gün, 10:06           
Estoniya-Rusiya sərhədində Rusiyaya giriş üçün növbədə olan yerlər satılmağa başlayıb.
Əyalətmedia.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “Postimees” qəzeti məlumat yayıb.
Bildirilib ki, söhbət Narva-1 sərhəd keçid məntəqəsindən gedir.
“Estoniyadan sərhədi keçmək yarım gündən çox çəkə bilər. Buna görə də, “tacirlər” növbədə yerləri 160 avroya (təxminən 316 manat) qədər almağı təklif etməyə başlayıblar.
Estoniya polisi təsdiqləyib ki, bu cür hallar sərhəddə həqiqətən də baş verir və hüquq-mühafizə orqanları “insan alverçilərinin” hərəkətlərində cinayət tərkibinin olmaması səbəbindən onlarla mübarizə apara bilmir”, – deyə qeyd edilib.
Xatırladaq ki, mayın 31-də Estoniyanın Narva şəhərindəki keçid məntəqəsində Rusiyanın İvanqorod şəhərinə girmək üçün uzun bir növbə yaranmışdı.



Xəbəri paylaş


 
 


Xəbər lenti