Muzey direktoruna “DUR” deyən olacaqmı?! -“Sehrli əllər”in sahibi kimlərdir?

 
Bu gün, 11:26           
Koreyada Muzey direktoru səhv məlumatlar nümayiş etdirilən eksponata görə istefa verib. Amma illərdir çayxana ișlədən Babək Muzeyinin direktoru Sərxan Abdullayev Çayxana sevdasından əl çəkmir
Bir neçə gün əvvəl Koreya Milli Muzeyinin direktoru Yu Honq-cun, muzeydə səhv məlumatla nümayiş etdirilən bir eksponata görə vəzifəsindən istefa verəcəyini açıqlayıb
Bu sətirlər Babək Rayon Tarix Diyarṣünaslıq Muzeyinin direktoru Sərxan Abdullayevin fəaliyyəti ilə bağlı daxil olmuş növbəti yazıda yer alır:
Di gəl ki, Babək Rayon Tarix diyarṣünaslıq muzeyinin direktoru Sərxan Abdullayev üçün belə șeylər qəti əhəmiyyət kəsb etmir. Çünki o üç ildən artıqdır ki Respublika xəstəxanasının çayxanasın ișlətməklə məșĝuldur və buna görə mədəniyyət nazirliyinin heç bir qurumu tərəfindən ona “gözün üsdə qașın” var deyən belə olmayıb. Çünki o Naxçıvanın keçmiș Səhiyyə naziri Samiq Sadıxovla yaxın dost olub və nədənsə bu toxununulmazlıq Samiq Sadıxov ișdən azad olunandan sonra belə Sərxan Abdullayevin üzərində sehrli bir əl kimi qalmaĝa davam etmișdir
Daxil olan materiallardakı iddialar həm direktorun işə səhlənkar münasibətini, həm də muzeydəki tarixi eksponatların qorunması ilə bağlı qaranlıq məqamları əhatə edir.
Naxçıvan Muxtar Respublikasının keçmiş sabiq səhiyyə naziri, hansısa səbəblərdən sona qədər cəzasına çatmamış korrupsioner Samiq Sadıxovun saysız – hesabsız qanunsuz əməllərinin nəticələri, çətinliklə də olsa, bir-bir zərərsizləşdirilir. Amma nədənsə Babək Diyarșünaslıq Muzeyinin direktoru vəzifəsini daṣıyan əslində isə çay dəmləməklə, çay satmaqla məșğul olan və tariximizin yaddașın özündə qoruyan dəyərli tarixi eksponatlarla zəngin Babək tarix muzeyini bir çayxananın eșqinə özbașına buraxan Sərxan Abdullayev barəsində heç bir tədbir görülmür. Uzun illər qanunsuz șəkildə vŏeni olmadan fəaliyyət göstərən əmək müqaviləsi olmadan komandir deyilən Sərhəd xidmətinin ișçisi Ədalət Həsənoĝlu adlı qohumun və Fövqaladə hallar Nazirliyinin ișçisi olan əmisi oĝlunu öz yanında yaṣayıș minimumundan belə așaĝı maașla ișlədən Sərxan Abdullayevin qanunsuz əməlləri bir neçe ay əvvəl üzə çıxmıș və dövlət vergi xidmətinin əməkdașları tərəfindən qanuni tədbirlər görülmüșdür Muzeyden 300 illik tarixə malik eksponatın oĝurlanması barədə dəfələrlə mətbuatda faktlara əsaslanan yazılar yazılsa belə, son anadək Sərxan Abdullayev barəsində Mədəniyyət Nazirliyi tərəfindən heç bir yazılı və ciddi bir tədbir görülmədi. Aldıĝımız məlumata görə eksponatı Sərxan Abdullayevin icazəsi ilə aparan ișçi törətdiyi oĝurluq əməlinin üzə çıxacaĝından qorxduĝu üçün eksponatı muzeyə gecə ilə geri qaytarmıș və muzeyin sistemində qeydiyyata almiṣdır
Xalqın tarixi yaddaşını qoruyan dövlət muzeyində baş verən bu cür xoşagəlməz hallar ilə bağlı aidiyyəti qurumların dərhal xidməti araşdırma aparması uygun görünür.
Lakin problemler bununlada bitmir. Sərxan Abdullayevə yaxın mənbələrin bildirdiyinə görə Abdullayev barəsində yazılan yazılardan sonra vöenin ləĝv etsə belə, çayxana biznesin ləĝv etməmiș müqaviləsi aktiv olaraq qalmıșdır. Oturduĝu içki məclislərində müqaviləsi bitməyənədək xəstəxananın bufetinin baĝlı qalacaĝını qətiyyətlə bildirmiṣdir. Məlumata görə, ona insanların xəstələrin və xəstə yaxınlarının ona görə əziyyət çəkdiyi bildirilsə də bu sözlərin Sərxan Abdullayevə təsiri belə olmamıșdır. Ya mən vöenim olmasa belə oranı müqaviləm bitənədək ișlədəcəm ya da həmin bufet müqaviləm bitənədək illərlə baĝlı qalacaq deyə bildirən Sərxan Abdullayev bufeti geri qayıtmaq üçün hər yola əl atacaĝını və heç nədən çəkinmədiyini rahatlıqla dilə gətirmiṣdir
Indi ortaya bir çox sual çıxır Mədəniyyət Nazirliyi nədən və hansı səbəblərdən rəhbəri olduĝu muzeyə sahib çıxmayan, orada olan tariximizi əks etdirən eksponatları qorumayan Babək rayon Tarix Diyarșünaslıq muzeyinin direktoru Sərxan Abdullayevi niyə qoruyur?
Mədəniyyət Naziri vəzifəsini icra edən Fazil Məmmədovdamı özündən əvvəlki Nazir Həsən Seyidov kimi olanları görməzdən gələcək, yoxsa bu barədə ciddi bir tədbir görəcək. Təbii ki bunu zaman göstərəcək. Ümid edirik ki yaxın zamanlarda bütün bu suallarımıza cavab tapacaq Sərxan Abdullayevin arxasındakı onun qanunsuz əməllərinə göz yuman sehrli əlin və ya əllərin kimlərə aid olduĝunu biləcəyik. Çünki Sərxan Abdullayev kimilər Uca Dövlətimizin qanunlarından əsla üstün deyildir və olada bilməzlər./yenixeberorg.az




Xəbəri paylaş


 
 


Xəbər lenti