“Yasamal Hospital”ın baş həkimi məni bu hala saldı – Foto



Tribunainfo.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə sözügedən həkimin əməliyyatından sonra pis vəziyyətə düşən Fidan Z-zadə adlı xanım yazıb. O bildirib ki, həm pulundan, həm də canından olub:
“16.04.2024-cü ildə “Yasamal Hospital”da abdominoplastika əməliyyatı oldum. Əməliyyatdan bir neçə saat sonra halım dəyişdi, təzyiqim düşdü 70/50-yə, gözüm qaraldı, bədənim bumbuz tər oldu. Üstəlik ürəkbulanma, qusma başladı. Bu əlamətler daxili qanaxma əlamətləridir.Yenidən əməliyyat stoluna qaytardılar. Bir gün içində 2 əməliyyat oldum. Sağ çıxanda sevindim. Sən demə daha ağır günler bir həftə sonra başlayacaq.
Çoxlu qanitirmə, eyni nahiyyənin iki dəfə açılıb tikilməsindən sonra yaramda nerkoz, toxuma və hüceyrələrin qidalanmasının pozulması başladı. Yaralarımdan qan və maye axırdı. Vəziyyətim düzəlmədiyi üçün ağır halda həmin klinikaya getdim yenə. Məni qəbul etmədilər. Başqa klinikaya getməli oldum. 5 ay mən ancaq yaralarıma sarğı etmişəm ağır vəziyyətdə. Bədənim nə haldadır, üstəlik psixologiyam çöküb. Allah o həkimin min belasını versin. Mənim başıma geldi, amma siz çox diqqetli olun”.
Qarşı tərəfi dinləməyə hazırıq.



Xəbəri paylaş