Poliklinika, avtosalon, yoxsa, avtodayanacaq?- FOTOLAR



O qeyd edib ki, Poliklinikanın qarşısı tibb ocağından daha çox, maşın bazarını xatırladır. “Poliklina ərazisinə qanunsuz daxil olan avtomobillərin əlindən təngə gəlmişik. Ərazinin bir hissəsi həkimlərin şəxsi maşınları üçün zəbt edilib. Digər hissəsi isə yoldan keçən sürücülər özləri üçün dayanacaq ediblər”.
Sumqayıt sakini deyir ki, Poliklinanın 2 girişindən birində maneə baryeri (şlanqbaum) quraşdırılsa da, digər girişindəki maneə naməlum şəxslər tərəfndən sökülüb. “Buna görə də istənilən sürücü poliklinika ərasinə daxil olub , hətta qapının ağzında maşınlarını rahat saxlaya bilirlər”.
Aqil Osmanov bildirir ki, maşın bazarına dönən Poliklinikanın həyətində hərəkət etmək riskə çevrilib. “Heç kim qarşısına, arxasına, sağına, soluna baxmır. Bir gün sakinlərdən kimlərsə maşın altında qalanda və ya xəsarət alanda ayılacaqlar ki, burada dayanacaq deyil”.
O, Poliklinika rəhbərlinin bu vəziyyətə göz yummasına da məəttəl qalıb. “Pəncərədən baxarsa, baş həkim hər şeyi görə bilər. Amma nədənsə o da səsini çıxarmır. Buna görə, pul alınır və ya həyət dayanacağa çevrilib, məlum deyil”.
Aqil Osmanov sonda onu da bildirib ki, Sumqayıt şəhəri, 40-cı məhəllədə fəaliyyət göstərən 1 saylı Poliklinikanın həyətində qayda-qanun yaradılması üçün rəsmi qurumlar tədbir görməlidir. “Mən müvafiq dövlət qurumlarından Sumnqayıt sakinləri adından xahiş edirəm ki, bu məsələyə əncam çəksinlər”.



Xəbəri paylaş