Ağgöldə yegerlərin brakonyerlik fəaliyyəti -Rahim Gəncəliyev, dəstəsi və himayədar Ceyhun..

 
17-02-2025, 13:29            86 dəfə baxılıb
Yeger Rahim Gəncəliyev və dəstəsi Ağgöl Milli Parkında sintetik torlardan istifadə etməklə gölün faunasını məhv edirlər...
Əyalətmedia.az: Nazir əvəzi Rəşad İsmayılov Ağgöl Milli Parkında qanunsuz balıq ovlayanlara qarşı sərt tədbirlər görməlidir. 
Bunu Ağgöl Milli Parkında baş verənlərələ bağlı redaksiyamıza müraciət edən şikayətçi bildirib. 
Qeyd edək ki, ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxucularaməlumat vermişdik. Bildirmişdik ki, Ağgöl Milli parkının yegeri işləyən Rahim Gəncəliyev və oğlu Məhəmməd Gəncəliyev vəzifələrindən sui-istifadə edərək davamlı olaraq adı çəkilən qoruqda brakonyerlik edərək qanunsuz balıq ovlayırlar.
Redaksiyamıza verilən yeni məlumatda qeyd edilir ki, Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə ən çox qoruğun mühafizəsini təşkil edən yegerlər məşğul olur. Yeger Rahim Gəncəliyev və oğlu Məhəmməd Gəncəliyevin dəstəsi Ağgöldə "Dukker" və "Quzu çalası" deyilən ərazilərdə yüz metrlərlə uzanan sintetik torlar quraşdıraraq kütləvi balıq ovlayırlar. Yegerlərin brakonyer dəstəsi "Dukker" və "Quzu çalası" deyilən ərazilərdə sintetik torlarlara ovladıqları balıqları gecəynən Qara təpə ərazisindən çıxardaraq İmişlidə satışını təşkil edirlər. Yəni faktiki olaraq Ağgöl Milli Parkını qorumaqla vəzifəli olan şəxslər göldəki balıqları kütləvi şəkildə məhv etməklə məşğuldurlar.
İddia edilir ki, Rahim və Məhəmməd Gəncəliyevlərin ortaqları və himayəçisi Ceyhun adlı şəxsdir. Hazırda  Rəhim Gəncəliyevin himayə etdiyi oğlu Məhəmməd Gəncəliyev və dəstəsi Ağgöldə həftədə iki dəfə balıq ovu ilə məşğul olurlar. Bu isə havanın soyuq olması və balıqların hərəkətsizliyi ilə bağlıdır. Ancaq yeger brakonyer dəstələr aprel və may aylarında ciddi fəaliyyətə keçəcəklər. Çünki həmin aylarda balıqlar kürü tökmək üçün suyun dayaz yerlərinə və qamışın dibinə çıxırlar. 
"İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, hazırda nazir vəzifəsini icra edən Rəşad İsmayılov Ağgöl Milli Parkında yeger brakonyerlərə qarşı sərt tədbirlər görəcək", deyə redaksiyamıza ünvanlanan müraciətdə deyilir.(azfakt.com) 
Mövzu ilə bağlı araşdırmamız davam edir. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti