UKRAYNA SƏUDİYYƏDƏ DANIŞIQLARA QATILMAYACAQ - ABŞ-nin danışıqlarla bağlı planı məlum oldu



“Əyalətmedia.az” xəbər verir ki, “NBC News”-un öz mənbələrinə istinadla yaydığı məlumata görə, ABŞ əvvəlcə Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparmaq niyyətindədir - əvvəlcə Rusiya, sonra Ukrayna ilə. Daha sonra isə birgə danışıqların təşkil olunması planlaşdırılır.
Nəşr qeyd edir ki, adı çəkilməyən iki Amerika rəsmisi Ukraynanın Səudiyyə Ərəbistanındakı danışıqlara dəvət olunmadığını təsdiqləyib. Lakin ABŞ-nin öncə Rusiya ilə, daha sonra isə Ukrayna ilə ikitərəfli görüş keçirmək niyyətində olduğunu bildirib. Bundan sonra birgə danışıqlar aparılacaq: “Bütün bunlar onu deməyə əsas verir ki, biz hər ikisi ilə (Rusiya və Ukrayna) bərabər çəkidə işləyirik. Biz ölümləri dayandırmaq və davamlı sülhə doğru irəliləmək istəyirik”.
CNN öz mənbələrinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları Rusiya və ABŞ arasında danışıqlar üçün nəinki platforma təmin edəcək, həm də bu danışıqlarda vasitəçi kimi çıxış edəcək. Səudiyyə Ərəbistanı nümayəndə heyətinə krallığın milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək.
ABŞ-ni dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edəcək. Adı açıqlanmayan ukraynalı rəsmi CNN-ə bildirib ki, Kiyev danışıqlarda təmsil olunmayacaq.
Xəbəri paylaş