Gülbəniz Babaxanlıdan sonra Əlyazmalar İnstitutunda vəziyyət nə yerdədir ?

 
17-02-2025, 11:22            166 dəfə baxılıb
Bir müddət öncə mətbuatda gedən “Əlyazmalar İnstitutunun direktoru kimdir? Gülbəniz Babaxanlı ya Teymur Kərimli?”, ardınca da tiktok və youtubeda yayılan “Gülbəniz Babaxanlının özbaşınalıqları davam edir” başlıqlı yazılardan sonra nəhayət, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gülbəniz Babaxanlıya ərizəsini yazdıra bildi.
Bəli, G.Babaxanlının Hüseyn Cavidin Ev Muzeyindəki 20 illik, Əlyazmalar İnstitutunda isə 10 illik işğalına son qoyuldu. Hamı onun gedişinə elə sevinir ki, sanki Qarabağ işğaldan azad olunub. G.Babaxanlının saytlardan məqalələri pulla sildirməsi də köməyinə çatmadı. Hətta G.Babaxanlının kürəkəni tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov da şöbə müdirliyindən imtina edərək yarımştat da olsa işçi kimi qalmaq istəmişdi. Bunu Meditv.az-ın elektron poçtuna gələn məktubda deyilir.Şikayıtçi yazır:

Lakin çıxan məqalələrdən sonra tam olaraq işdən ərizəsini yazıb çıxdı. Bunlardan sonra gözlər çevrildi Əlyazmalar İnstitutuna. Məqalələrdə rüşvətdə və özbaşınalıqda adı hallanan institutun Həmkarlar İttifaqının sədri Samirə Əliyeva və baş mühasib Leyla Cavadova isə yerlərində qalaraq yenə də köhnə “fəaliyyətlərini” davam etdirirlər. Bundan başqa institutda boş qalan elmi işlər üzrə direktor müavini vəzifəsini isə AMEA rəhbərliyi boş qoymadı. 

Əlyazmalar İnstitutunda vakant olan elmi işlər üzrə direktor müavini vəzifəsini G.Babaxanlı üçün saxladırdı. Cari ilin martın 1-i onun müqaviləsinin vaxtı bitirdi. Lakin mətbua "cəsusu"  filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovu təyin etdi. Ə.Bağırov həmin institutun şöbə müdiri, dosent, mətnşünas, farsşünasdır. Vaxtilə xasiyyətcə qalmaqallı şəxs olan Ə.Bağırov alimlərlə plagiat, mübahisələrlə bağlı məhkəmələrdə çəkişmələrdə idi. AMEA prezidenti, akademik İ.Həbibbəyli onu çağırıb dedi ki, səni şöbə müdiri qoyuram, bir şərtlə: heç kəslə qalmaqal etmə. Bir də mənə "cəsusluq" et, hər şeyi mənə xəbər ver. Neçə vaxtdır müavin yeri boş idi. Filologiya üzrə fəlsəfə doktoru S.Əliyeva 3 ay bu vəzifədə əvəzçiliklə işləmişdi, lakin əvvəlki yazılarda da qeyd olunduğu kimi adı korrupsiyada hallandığı üçün vəzifədən azad edildi. Onsuzda indi də Həmkarlar İttifaqında korrupsiya məsələlərinə, pul yazıb silmələrə davam edir. Təbii ki, bundan AMEA və institut rəhbərliyinin xəbəri var.


G.Babaxanlının gedişi ilə Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli istiqlal qazandı. 10 illik G.Babaxanlı əsarətindən qurtuldu. Artıq möhür, ştamp özündədir. Qazancını G.Babaxanlı ilə bölməyəcək. Tək yeyib yuxarının haqqını verəcək. T.Kərimli dostu Ə.Bağırovu da razı salacaq. Ona da nəsə ödənişlər edəcək.

AMEA düzəlmir ki, düzəlmir baba. 73 yaşında ötən il insult keçirmiş bir insanı müavin təyin edirlər. İsa müəllimin oğlunun, qardaşının əməlləri, akademiyada baş verən əyintilər, qalmaqallar, neqativ hallar əmək fəaliyyətinə pis təsir edib. Əmək qabiliyyətini itirmək üzrədir. Yaxşı olar İ.Həbibbəyli oturub evdə “şedevr” əsərlərini yazsın. İldə 170 elmi məqalə, 6 kitab yazır. Deyir mən yatmıram. 

Biz inanırıq ki, özü yazır, yazdırmır. Evdə otursa 365 elmi məqalə, 200 kitab yazar bir ilin içində. Balam, ay qadanızı alım, İsa qağa dahidir də. AMEA-nın işi Allaha qalıb. Görək axırı nolajax.
  P.S. Bu gün Əlyazmalar İnstitutunda Elmi Şura çağırılıb. Rəyasət Heyətinin Elm şöbəsinin müdiri Sərxan Xavəri və kadrların rəisi Aynur Mahmudova qocaman Əkrəm Bağırov Daxil oğlunu müavin kimi kolkektivə təqdim ediblər. T.Kərimlinin qanı qaraymış. Əkrəm bəylə zahirən dost olsa da öz adamı var imiş. İsa müəllim "öz adamını" Ə.Bağırovu Teymur Kərimliyə nəzarətçi qoyub.

Müasir texnalogiyadan, internetdən, ekektron bilgilərdən başı çıxmayan Ə.Bağırov danışılanları anlamır, yazıq- yazıq baxırmış ki, mən nə təhər işləyəcəyəm, ay qadanızı alım? Həm də Teymur müəllimin qara işlərini gərək İsa müəllimə xəbər verim, çuğulluq etməkdən bezmişəm, o qəriblikdəki balalarım canı.
Hələ bunlar harasıdır ki? Elmi işlər üzrə direktor müavini institutun elmi katibi ilə eyni otaqda oturacaq. O boyda institutda bir otaq tapılmadı direktor müavini üçün? Əslində otaq var. 

Lakin G.Babaxanlının qızı tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanlı işə normal gəlib-getməməsinə baxmayaraq, direktor müavini otağını təkcə özü üçün zəbt etmişdir. Anası getdi amma qızı qaldı. Axı hələ də G.Babaxanlıya institutda baş verən xəbərləri çatdıran lazımdır.

Bunlardan başqa Əlyazmalar İnstitutunda əlyazmaların alınması məsələsi də ayrı bir problemdir. Xəbərlərdə pafoslu yazılarla xaricdən bu qədər əlyazma almışıq deyən institut rəhbərliyi əslində həmin əlyazmaları ya internetdən tapıb yükləyir, ya hədiyyə verilir, ya da xaricə ezamiyyə yazdıraraq kimisə yalandan göndərir hədiyyə kimi gətirilən əlyazmanı 30, 40, hətta 100 min manat pulu yazdıraraq dövlətdən alıb cibinə qoyur. Əlyazma bərpaçılarının isə günü qaradır. Onlara nə xaricdə kurs keçməyə şərait yaradılır, nə kimyəvi məhsullarla işlədikləri üçün əlavə ödəniş verilir. Əllərində olan cüzi materialla kustar üsullarla da olsa əlyazmaları bərpa etməyə çalışırlar.

Axı tarixi abilərə belə laqeydliklə yanaşmaq olmaz. Onları yalnız pul mənbəyi kimi görüb Mirzə Ələkbər Sabirin dili ilə desək “Qoy mən tox olum, cümlə-cahan batsa da batsın” hərəkətini etmək bir alimə, elm ocağının rəhbərliyinə yaraşırmı? Bir ölkənin tarixini, mədəniyyətini silmək istəyirsənsə onun əlyazma, arxiv materiallarını məhv etmək kifayətdir. Eh, Əlyazmalar yanmır deyirlər, bunlar isə yandırır. AMEA və institut “rəhbərləri”nin əməlləri bütün alimləri yandırır. Atalar düz deyir: “Balıq başdan iylənər”. Akademik İsa Həbibbəyli akademiyanı məhv elədi. Ölkə rəhbəri Cənab Prezident yəqin bunların dərsini verəcək...









Xəbəri paylaş


 
 


Xəbər lenti