“Atəşgah” sığorta müştərisinə dəymiş zərəri ödəmir – FOTOFAKT



Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayətçi Əfrai İsmayılov yazıb. O bildirib ki, sığorta irkəti problemi mənzilin yerləşdiyi MTK-nın üstünə atır:
“Sığorta şirkəti ilə 3 illik müqavilə bağlamışam. 127.80 qəpik 1 illik depozit ödənişi etmişəm. Aylıq 10,65 qəpik ödəniş edirəm. Dekabr ayında evimə su sızma halı baş verib, sığorta nümayəndəsi gəlib çəkiliş aparıb və mənə dəymiş zərər 400 manat qiymətləndirilib. Lakin şirkət sığorta ödənişi etməkdən boyun qaçırır.
“Atəşgah” sığorta” günahı atır mənzilimin yerləşdiyi “Xəzri-A” MTK-nn üstünə. Guya MTK-a bunlara rəsmi kağız verməlidir. MTK da kağızı verməkdən boyun qaçırır”.

Qeyd edək ki, hazırda “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Kazımov Tahir İslam oğludur.
Yazıda adı keçən tərərfləri dinləməyə hazırıq.
Nigar

Xəbəri paylaş