Göyçay sakinləri bələdiyyə sədrinin əlində əsir-yesir qalıblar-VİDEO
![](/templates/Sdesigwm7/images/oxunub.jpg)
![](/templates/Sdesigwm7/images/oxunub.jpg)
![](/uploads/posts/2025-02/1739779497_tia_17a9a59c0084ca06e9af822c4f02db58_7n4rftpiue1joyq5bw62-645x394.png)
Onlar yazıblar ki, Əsgərova Ruhiyyə Valeh qızına verilmiş 15 hektar örüş sahəsinin icarə müqaviləsinin ləğv edilərək torpğın əvvəlki vəziyyətə qaytarılması üçün mərkəzi orqanlara çoxlu sayda şikayətlər göndəriblər. “Çaxırlı kənd sakini iş adamı Vidadi Əsgərov 15 hektar örüş sahəsini 27.12.2006-cı il tarixdə həyat yoldaşı Ruhiyyənin adına icarəyə götürüb, orada qanunsuz qazıntı işləri apararaq balıq yetişdirmək üçün süni göl yaratmışdı. Bundan sonra süni gölün qurunt suları bütün kənd torpaqlarının şoranlaşmasına səbəb olduğu üçün kənd sakinləri əsaslı olaraq şikayətlər etdilər”.
Sakinlərin dediyinə görə, Şəki Kommersiya Məhkəməsində iddia ərizəsi ilə elə bələdiyyə sədri müraciət edib. O, həmin gölün ləğv edilməsi və torpaq sahəsinin sahiblərinə qaytarılmasını xahiş edib. Lakin 11 fevral 2025-ci il tarixdə keçirilən iclasa bələdiyyə sədri Fərhad Mehdiyev cavabdehin həyat yoldaşı Vidadi Əsgərovla birlikdə gəlib. Üstəlik, qaldırdığı iddianı müdafiə etməyib. “Bələdiyyə sədri məhkəmədə bizim adımızdan yalan belə danışıb. Guya, torpaq sahəsinin geri qaytarılmaması məsələsində kənd sakinləri ortaq məxrəcə gəliblər”.
Çaxırlı sakinləri onu da bildiriblər ki, həmin torpaq sahəsində gölün qanunsuz qazılmasına görə, dövlət qurumları tərəfindən aktlar tərtib edilib və sənədlər təqdim olunub.
Onlar dövlət başçısından problemin həllində yardım etməsini xahiş ediblər.
Qarşi tərəfi də dinləməyə hazırıq.
Xəbəri paylaş