Abşeron-Xızı Regional Təhsil İdarəsində bitməyən dərəbəylik-TƏFƏRRÜAT

 
17-02-2025, 13:25            113 dəfə baxılıb
İlhamə Abdullayevanın Xırdalan şəhər 2№-li tam orta məktəbə xüsusi münasibəti niyə araşdırılmır?!
Yenixeber.org: Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında medianın ən “sevimlisi”nə çevrilib. Mediada bu idarə ilə bağlı yazılar az qala ədədi silsilə şəkilini alıb. Konkret faktların yer aldığı yazılarda bu idarənin müxtəlif tabeli müəssisələri tənqid olunmaqdadır...
On gün əvvəl isə məlumat yayıldı ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Regional Maliyyə Müfəttişliyi Abşeron-Xizi Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində maliyyə təsərrüfatının yoxlamasını həyata keçirir. Yoxlama çərçivəsində adıçəkilən regiondakı uşaq bağçaları və məktəblərdə son 5 il üzrə tarifləşmə, invertarların mövcudluğu və silinməsi, ərzaq təminatı, qida qalıqlarının hesablanması, əvəzçilik, xəstəlik bülletenlərinin uçotu, dərs bölgüsü və müəssisələrdə işçilərin, təhsilverənlərin və təhsilalanların davamiyyətinin yoxlanılması həyata keçirilir.
Bu arada Yenixeber.org-a daxil olan məlumata görə maliyyə yoxlaması Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunur. Təkcə ona görə yox ki, bu yoxlamanın bütün istiqamətlərdə təhlükəli nəticə ilə sonuclanacağı gözlənilir. Həm də, ona görə ki, budəfəki yoxlamanı “yola vermək” mümkünsüz görünür. Səbəb də, yenicə təyin edilmiş maliyyə naziri Sahil Babayevin kimsəni ”yaxına buraxacağına” ümidin olmamasıdır...
Yumşaq desək bu yoxlama İlhamə Abdullayeva üçün heç də, yerinə düşən olmadı. (Bu haqda qarşıdakı günlərdə geniş yazımız olacaq. Red.)
                                             Qohumbazlıq nümunəsinin fəsadları
Yuxarıda qeyd etdiyimiz kimi, Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında mediada hər nə qədər haqqında çox yazılandırsa, Xırdalan şəhər 2№-li tam orta məktəb də, bu idarənin əhatə dairəsində olan təhsil müəssisələri sırasında medianın ən “sevimlisi”nə çevrilib. Bu məktəb və məktəbin direktoru Gülnaz Kərimova haqqında google üzərindən bir axtarış yetər ki, “N” sayda yazılarla rastlaşaq. Həm də, qalmaqallı... Elə ötən ilin son ayında Gülnaz xanım rəhbərlik etdiyi məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva ilə çəkişməsi ilə gündəmə gəlmişdir. İşdən haqsısz yerə, direktorun istəyi ilə çıxarıldığını iddia edən müəllim məsələni məhkəmə müstəvisinə daşıyıb...

Gülnaz Kərimova ilə bağlı Yenixeber.org-a daxil olan məlumatlarda da, yumşaq desək təhsil ocağı ilə uyğun olmayan iddialar yer alır. Biz məlum qanun və prinsiplərə uyğun olaraq bu məlumatların araşdırılıb, redaksiyamızın məlumatlandırılması məqsədi ilə İlhamə Abdullayevaya 15.01.2025-ci il tarixdə 05/025№-li rəsmi məktub ünvanladıq. Təəssüf ki, bir aydan artıq vaxt keçsə də, məktubumuz hələ də, cavabsız qalmaqdadır(?) Baxmayaraq ki, bizimlə telefon əlaqəsində ən qısa zamanda məktubun cavablandırılacağı deyilmişdi.
Məlumatlarda İlhamə Abdullayevanın xalası nəvəsi (Bu məlumat dəfələrlə mediada yayılıb. Red.)  Gülnaz Kərimovanın Pedaqoji Şurada hədə-qorxu gəlməsindən, dərs saatlarını 100 manata satmasından, yeni il bayramı üçün hər sinifdən 100 manat tələb etməsindən və s. bəhs edilir. Hətta bayramla bağlı onu təbrik etməyən müəllimləri təzyiqlə təhrik etməsi də bildirilir. Ki, gəlib, kabinetində onu “təbrik” etsinlər. Məlum təyyarə qəzası ilə bağlı digər təşkilatlar təntənəli bayram şənliyi etməsələr də, Gülnaz xanımın fərqli mövqedə olduğu da deyilir... Bugünlərdə aldığımız məlumata görə, yuxarıda qeyd etdiyimiz maliyyə yoxlamasının Xırdalan şəhər 2№-li tam orta məktəbdən yan keçməsi üçün obrazlı desək, bütün qüvvələr səfərbər olub. Əlbəttə, İlhamə Abdullayevanın rəhbərliyi ilə...Mənbəmizin bildirdiyinə görə Gülnaz Kərimova məhz qohumu İlhamə Abdullayevanın güvənliyi ilə özünü məktəbin direktoru yox, sahibi kimi aparır.
                          ***
Qrşıdakı günlərdə aşağıdakı sualların araşdırılması ilə mövzunu davam etdirəcəyik:
  1. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Abşeron-Xizi Regional Təhsil İdarəsində hazırkı yoxlaması hansı səbəblərdən doğdu?
  2. Yoxlamalar daha çox hansı istiqamətlərdə və hansı faktorlar üzərində köklənib?
  3. Yoxlamalar İlhamə Abdullayevanı xüsusi ilə hansı səbəblərdən narahat edir?
  4. İlhamə Abdullayeva yaxın günlərdə hansı posta transfer etməyi hədəfləyib?
  5. Məktəb direktorlarının təyinatında İlhamə xanımın hansı rolları olub və hansı qayda və prinsiplər əsas olub?
  6. Uşaq bağçaları və məktəb rəhbərləri ilə xanım müdir hansı qaydalarla işləyir?
  7. Bəzi məktəb direktorlarının məlum yaş senzini keçməsinə baxmayaraq, vəzifələrini davam etdirməsinin sirri nədir? Və.s. (Yenixeber.org)



Xəbəri paylaş


 
 


Xəbər lenti