“Medera Hospital” və 8 şirkətdə əmək hüquqlarının pozulması halları ilə bağlı məhkəməyə müraciət edilib



Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı “Medera Hospital” MMC, “Abbasoğlu İnşaat” MMC, “Yol Tikintiservis” MMC, “Dream Construction” MMC, “Lock Service” MMC və “Apaydın Tatil” MMC-nin vəzifəli şəxsləri, həmçinin fiziki şəxs T.F.Teymurov tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
Xəbəri paylaş