Mahir Abbaszadənin rəhbərlik etdiyi fond diqqət çəkdi -Bir gündə 10 AZN-lik şirkətlərlə 2 milyon manatlıq "alış-veriş"



Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ötən ilin dekabrında diqqətçəkən tender müqavilələri imzalayıb.
Ayalatmedia.az: Əldə etdiyimiz məlumata görə, maraqlı məqam sabiq deputat Mahir Abbaszadənin rəhbərlik etdiyi fondun cəmi 1 gündə 2 milyon manatlıq müqavilə bağladığı şirkətlərlə bağlıdır.Belə ki, hər iki şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.
1. "LEQO GROUP" MMC
- Satınalma predmeti: Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində icmalar üçün müxtəlif avadanlıqların alınması
- Məbləğ: 1.250.003 AZN
- Qanuni təmsilçi: Mehman Orucov Anar oğlu
- Nizamnamə kapitalı: 10 AZN
2. "ALIZADEH GROUP" MMC
- Satınalma predmeti: Reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində fərdi sahibkarlıq subyektləri üçün avadanlıqların satın alınması
- Məbləğ: 700.023,2 AZN
- Qanuni təmsilçi: Əli Əlizadə Rasim oğlu
- Nizamnamə kapitalı: 10 AZN
- Dövlət qeydiyyatı tarixi: 10.11.2021
Milyonlarla manatlıq tenderlərin 10 manatlıq şirkətlərə verilməsi ciddi suallar doğurur. Bu müqavilələrin hansı meyarlarla bağlandığı və şirkətlərin bu sifarişləri icra etmək üçün real potensiala sahib olub-olmadığı sual altındadır.(32gün.az)
Xəbəri paylaş