Vaşinqton Zəngəzur dəhlizi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ: Amerikalılar Ermənistandadır...
Bu gün, 17:33

ABŞ-ın mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndələri TRIPP layihəsinin icrası çərçivəsində ərazini öyrənmək məqsədilə yenidən Ermənistana səfər ediblər.KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.
Məlumata görə, AECOM mütəxəssisləri Ermənistan hökumətinin nümayəndələri ilə birlikdə dəmir yolu və digər nəqliyyat infrastrukturunun inkişafının planlaşdırıldığı ərazilərdə yerində baxış keçiriblər.
Səfirliyin paylaşımında bildirilir ki, məqsəd iqtisadi artımın təşviqi, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və regional inteqrasiyanın gücləndirilməsi üçün TRIPP layihəsi çərçivəsində dəmir yolu və digər infrastrukturun inkişaf imkanlarını qiymətləndirməkdir.
Xəbəri paylaş


























