“Daşnak yuxuları”nın ağır daşı – o, 50 il sonra da ayağımıza düşəcək
Bu gün, 09:57

Yazıçı Əkrəm Əylislinin Avropa Rekonstruksiya və İnkişaf Bankının (ARİB) təsis etdiyi ədəbi mükafatı alması ölkədə yenidən onun personasını diqqət mərkəzinə gətirib, mübahisələrin episentrinə atıb.
Əkrəm Əylislini o məlum və məlun əsərinə görə hələ də qınayanlar, bağışlamayanlar var, onu müdafiə edənlər də bu dəfə daha mütəşəkkildirlər. Ortadakı fikir müxtəlifliyi heç də ədəbi polemika çərçivəsində deyil, məsələnin siyasi və milli tərəfləri daha önəmlidir.
Yayılmış informasiyalarda göstərilir ki, bu mükafat yazıçıya sovet vaxtı yazdığı "Adamlar və ağaclar" trilogiyasına görə verilib. Amma bu, açıq-aşkar göz boyamaqdır. Ola bilər ki, Əkrəm Əylislinin 50+ il öncə yazdığı həmin trilogiya ingilisdilli auditoriyanın qəlbini indi fəth edib, amma onu Avropadakı siyasi və ədəbi dairələrə tanıtdıran nə adamlardır, nə də ağaclar, Ə.Əylislini Avropada tanınmış yazıçı edən ermənilərdir.
Yaxşı yazıçının pis əsəri
Ə.Əylisinin yazıçılığına söz yoxdur, adam söz ustasıdır, yaxşı əsərləri var. Naşirliyinə də bir irad ola bilməz, gözəl kitablar nəşr edib. Redaktorluğunu desən, “Azərbaycan” jurnalına rəhbərlik edəndə əla ədəbi jurnal buraxıb. Tərçüməçiliyinə diqqət yetirəsi olsaq, Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanını ana dilimizdə yenidən yaratdığını danmaq mümkün deyil.
Ancaq söhbət onun sinninin ahıl vədəsində qələmə aldığı “Daş yuxular” romanına gəldikdə yazıçı haqqında eyni cür müsbət fikirdə qalmaq olmur. Bu əsər böyük fəlakətdir, ermənilər demişkən, meds yaqerndir.
Dünən bu xüsusda başlanmış, əsasən ədəbi zövqü və ictimai mövqeyi olan adamlar arasında gedən virtual polemikada yazdığım fikirlərin bir qismini burada iqtibas etməli olacağam.
Öz qapısına qol vuran müdafiəçi
Birincisi, bir xeyli adam hər şeyi kənara qoyaraq, “Daş yuxular”ın bədii səviyyəcə çox zəif əsər olduğunu deyirlər. Bunu hətta Əkrəm Əylisliyə simpatiyası olan adamlar da etiraf edir, deyirlər, onun əvvəlki əsərləri ilə müqayisədə “Daş yuxular” alınmamış əsərdir.
İkincisi, sözügedən romanda haqq-ədalət, mizan-tərəzi ciddi şəkildə pozulub. Erməni və ya fransız olsa belə ədalətli və neytral olmalı olan yazıçı öz xalqına qarşı qərəzli mövqe tutub, onu ayağa verib, ermənilərin aqressorluğuna dolayısı ilə haqq qazandırıb.
Ona görə də mən bu əsəri, futbol termini ilə avtoqol adlandırmışdım. Bu xalqımızın qapısına öz müdafiəçimiz olmalı olan ziyalı tərəfindən vurulan zərbədir. Biz 1988-ci ildə ermənilər tərəfindən başladılan Qarabağ münaqişəsinin zərərçəkəniydik. Ermənilər isə həm təşəbbüskar, həm də aqressor idilər. Ə.Əylislinin romannda isə əksi yazılır, sanki onlar məzlum, biz zalımıq.
Zori Balayandan daha zərərli
Həmin fikir mübadiləsində iştirak edən, ölkədə onu tanıyanların hamısının haqq-ədalət carçısı kimi tanıdığı Mirbaba Babayev haqlı olaraq qeyd edir: “Əkrəm Əylislinin bu əsəri bizə yüz Zori Balayandan daha çox ziyan gətirib”.
Əsas məsələ odur ki, "Daş yuxular"ı 20-dən çox ölkədə müxtəlif dillərdə nəşr etdirib yayan məhz ermənilər olub. Bu üzdən idi ki, yazıçı-şairlərimizdən biri “Daş yuxular”ın adını ironik şəkildə “Daşnak yuxuları” kimi qeyd etməyi tövsiyə edirdi.
İdeal təbliğat materialı
Ermənilər bu əsərdə öz avantüralarına ciddi dəstək görüblər, ona görə də onun tirajlanmasıyla məşğuldurlar. Onların bu yöndə fəaliyyəti, “Daş yuxular”ı təkrar-təkrar tərcümə və nəşr etdirməklə yekunlaşmayacaq. Aradan bir müddət keçəcək, ermənilər "Daş yuxuları"ı dərsliklərə salacaqlar, məktəblərdə tədris edəcəklər. Hər bir erməni bu kitabı oxuyacaq, bir türkün ermənilərə qarşı törədilən "cinayətləri" etiraf etdiyini öyrənəcəklər. 50 ildən sonra belə bizim gələcək nəsilləri o romanla susduracaqlar, ən azı buna cəhd edəcəklər, deyəcəklər, bunu biz demirik, Azərbaycanın öz xalq yazıçısı “özündə cəsarət taparaq” belə yazıb. Hətta ola bilər ki, hansısa erməni məktəbində Əkrəm Əylislinin büstü qoyulacaq, portreti ədəbiyyat kabinetlərində Zori Balayanın, Qrant Matevosyanın, Silva Kaputikyanın şəkilləri ilə yanaşı asılacaq.
Əylislinin təqibi hara, Cavidin, Müşviqin faciəsi hara...
Yazıçımızı sırf ədəbi fəaliyyətinə görə müdafiə edənlər ona qarşı kampaniyadan danışır, kitablarının yandırılmasını qınayır, bunun ölkəmizi Avropada rüsvay etdiyini deyirlər.
Ə.Əylislinin kitabların yandırılması emosional addım idi və qətiyyən azım deyildi. Onları toplayıb yandırmaqdansa, tanınmış fikir adamları sanballı bir məqalə ilə “Daş yuxuları” əsl mahiyyətini, zərərlərini ortaya qoya bilərdi. Amma sovet dövründə dissident yazıçılarına qarşı aparılmış kampaniyanın eynisini etdilər. Düzdür, bu, davamlı olmadı, saman tonqalı kimi tez alışıb-söndü, amma geriyə əbədi yaşayacaq videokadrlar qaldı.
“Total təqib kampaniyası”na gəlincə, Əkrəm Əylisliyə nə etdilər ki? Nəsimi kimi dərisini soymadılar, Seyid Əzim kimi döyüb öldürmədilər, Vaqif kimi qayadan atmadılar, Qasım bəy Zakir kimi sürgünə yollamadılar, Müşviq kimi güllələmədilər, Cavid kimi Sibir türməsində çürütmədilər, Soljenitsın kimi ölkədən qovmadılar, Brodski kimi mühakimə etmədilər, Salman Rüşdi kimi 30 il boyunca orda-burda gizlənməyə vadar etmədilər. Onun pensiyasını kəsdilər, verdikləri mükafatları geri aldılar. Bir də çoxlu tənqid etdilər, adını eninə-uzununa hallandırdılar. Yazıçının pensiyasının kəsilməsi düzgün deyildi, kitabının yandırılması yersiz idi, amma yazıçının tənqid edilməsi, qınanması, qısnanması haqlıydı...
Bu kampaniyanın “bizi Avropada biabır etməsi” arqumenti də absurddur.
İnsanların yandırılmasına göz yumanların kitab dərdi
Təkcə Xocalıda 600-dən çox adamın bir gecədə güllələnib öldürülməsinə, iki mindən artıq adamın girov götürülməsinə, 4 min əsirin izsiz-tozsuz yoxa çıxarılmasıma bir söz deməyən Avropanın 50-60 kitabın yandırılmasına görə pəjmürdə olması riyakarlıqdan başqa bir şey deyil. Kitabı yenə çap etmək olar. Ermənilərin qırıb-çatdığı minlərlə dinc sakini kim geri gətirəcək? Quranı yandıranı mühafizə edən, bədnam aksiyaslna şərait yaradan Avropa ölkələri deyllərmi?
Bir erməni yazıçı eyni üzgörənliyi Azərbaycana qarşı etsəydi, yazdığı əsərdə bizi haqlı, öz xalqını haqsız çıxarsaydı, aqibəti necə olardı? Onu öldürərdilər – adını da “yol qəzası”, “faciəvi hadisə”, “qəfil ürəktutması” qoyardılar. Zatən, bu kimi məsələlərdə bir az neytral olmağa çalışan erməni yazıçı Vahe Avetyan illərdir ki, vətənindən qaçaq düşüb, Stokholmda yaşayır.
Bu gün Ə.Əylislinin bir çoxları tərəfindən müdafiə olunmasının əsas səbəbi guya onun dissidentliyi, mövcud iqtidara müxalifliyidir.
Oren-medallı "dissidenti"n acığa dəstlənməsi
Bu, özünü aldatmaq, yox yerdən qəhrəman düzəldib, arxasına sığınmaq cəhdidir. Ə.Əylisli dissident olmayıb. Mövcud iqtidardan hansı mükafatları almaq mümkün idisə, hamısını almışdı. Hətta onu parlament üzvü seçmiş, imtiyazlı həyat bəxş etmişdilər və o, heç zaman parlament tribunasından nə xalqın sözünü demişdi, nə də hökumətin xoşuna gəlməyəcək bir çıxış etmişdi.
Ə.Əylisli bu romanı yazdığına görə iqtidar tərəfindən qınanmasaydı, dəstəklənsəydi, hətta mükafatladırılsaydı, bu gün yazıçını müdaifə edənlər oturub-durub onu da, iqtidarı da sərt şəkildə tənqid edər, onları “antimilli”, “manqurt” olmaqda suçlayardılar. Əsas məsələ budur. Bir çoxları onu hökumətin acığına müdafiə edir və bu çox yanlışdır. Çünki onun romanı bu xalqın əleyhinədir. Vaxt gələcək, başqa iqtidar komandalarının vaxtında “erməni məsələsi” yenidən aktuallaşanda “Daş yuxular” ağır bir daşa çevrilərək yenidən ayağımızın (ən azı) üstünə düşəcək.
Xalid KAZIMLI

Xəbəri paylaş