ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi - FOTO

 
Bu gün, 10:18           
Xəbər verdiyimiz kimi, ADPU-nun Quba filialının direktoru Yusif Alıyevin fərdi sahibkarlıq fəaliyyətinə işarə edən aktiv vergi statusu daşıması sahibkarlıq fəaliyyətinə işarə edən aktiv vergi statusu daşıması barədə məlumat paylaşmışdıq. Bu faktın ictimailəşməsindən dərhal sonra filial rəhbəri operativ addım ataraq Dövlət Vergi Xidmətinin reyestrindəki aktiv statusunu passiv rejimə keçirmişdi.
32gun.az-ın əldə etdiyi yeni məlumata görə, filial direktoru qısa müddətdən sonra vergi ödəyicisi kimi statusunu yenidən aktivləşdirib.
Bununla da, direktorun fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Qeyd edək ki, fiziki şəxsin vergi ödəyicisi kimi aktiv statusda olması adətən sahibkarlıq fəaliyyəti, əlavə gəlir mənbələri və ya digər vergi öhdəlikləri ilə bağlı ola bilər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru Yusif Alıyevdir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, universitet rektoru və ya filial direktoru vəzifəli şəxs hesab edildiyi üçün onlara elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıqla məşğul olmaq qadağandır.
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vəzifəli şəxslərə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıqla məşğul olmaq və ya sahibkarlıq subyektlərinin idarə heyətində təmsil olunmaq birbaşa qadağandır.





Xəbəri paylaş


 
 


Xəbər lenti