Abşeronda, “Ramazan” qış otlaq sahəsində nələr baş verir – Aidiyyəti qurumlara MÜRACİƏT

 
Bu gün, 10:08           
Qobustan rayonu, Təklə kəndində yaşayan fermer Məhərrəmov Əfqan Xanəhməd oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə,  Daxili İşlər naziri Vilayət Eyvazova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ictimailəşdirilməsi məqsədi ilə şikayət məktubu ünvanlanıb. 
Bir surəti də Aktualinfo.net-ə daxil olan şikayət məktubunda deyilir:
Çox hörmətli cənab Prezident İlham Əliyev, Siz həmişə rəsmi çıxışlarınız zamanı biz sahibkarların işinə yersiz müdaxilə və yoxlamaların dayandırılmasını tapşırmısınız. Lakin çox təssüflər olsun ki, Abşeron rayonunda polis məmurlarıilə əlbir olan və onlara arxalanan  Mürşüd adlı fərdin son illər başımıza gətirdikləri artıq bizi intihar həddinə çatdırmışdır.
Əvvəlcə xatırladım ki, Mən növbəti dəfə 2024-cü ildə  Abşeron rayonun “Ramazan” qışlaq sahəsinə gətirib Mürşüd adlı şəxsdən 4000 manat nağd pula icarəyə aldığım 400 ha sahədə otarmaq istərkən şahidi olduq ki, eyni yeri Mürşüd  Bəxtiyar adlı fermerə də 4000 manat rüşvət müqabilində icarəyə veribmiş.
Bizə o da məlum olmuşdur ki, Mürşüd adlı bu şəxs özünün heç bir baş da olsun naturada qoyunu  və ya  mal qarası olmadan Abşeron rayon ərazisindəki “ Ramazan” qışlaq örüş sahəsini 2019-cu ildən 2025-ci ilədək  qanunsuz olaraq heç bir sənədi, olmadan  bizə pul qarşılığında özbaşına zəbt edərək bizim kimi real fermerlərə eyni yeri nağd pula sataraq arxalandığı məmura pul daşımaqla məşğul olmuşdur. Və Bayramov Mürşüd bu maklerliyini bu gün də oktyabr 2026-cı ilədək davam etdirməkdədir. Belə ki, Bəxtiyar adlı və onun qardaşı olan Midyara məxsus 2000 baş qoyuna və 170 baş iribuynuzlu heyvanlarının otarılması üçün onlardan yenə də əvvəlki illər olduğu kimi nağd pul alıb hələ özünə rəsmiləşdirilməyən “Ramazan” qış otlaq sahəsindən 280 ha- ın bir hissəsini vermişdir. Halbuki çıxarış almayıb. Keçən ildə bu torpaqları rəsmi əldə etmək üçün Saleh adlı çobanı gətirib bu ərazidə oturmuşdu ki, Bəxtiyara məxsus 2000 baş qoyunu Abşeron icra hakimiyyəti məmurları yerində görüb ona bu torpağı icarəyə versinlər. Mürüşüdün bu dələduzluq hərəkəti baş tutmuş, o Abşeron İH məmurlarını aldadaraq 2000 baş qoyunun özününkü kimi qələmə verərək bu yerdən torpaq almaq üzrədir. Halbuki onun bir qoyun və yaxud dana qulağı belə yoxdur. İndicə aldığım məlumatlardan isə aydın olur ki, Bəxtiyar və qardaşı Midyarın otardığı 2000 baş xırdabuynuzlu və 170 baş iribuynuzlu mal qara SOCAR da işləyən hansısa harın məmura məxsusdur. Bəxtiyar və Midyar qardaşlıarı əvvəllər SOCAR işçisi olmuşlar. Midyar 43 yaşlı olmasına baxmayaraq onu SOCAR dan təqaüdə çıxarıblar saxta sənədlərlə. Halbuki bu adam öküz kimi sağlamdır. Və məni kimi güsəli adamı 12 oktyabrda basıb döymüşdür sahənin ortasında. Təkcə gözümdən aldığım zərbədən artıq görmə qabiliyyətimin 80 faizini itirmişəm. Həkim məsləhət gördü ki, təcili əməliyyat lazımdır, yoxsa kor olarsan. İndi avtomobil idarə etməkdə çətinlik çəkirəm. ( Həkim sənədləri əlavə edilir) Qardaşı Bəxtiyar da əvvəlki kimi adını SOCAR işçisi kimi yazdırıb. Reallıqda isə SOCAR məmurunun qoyun malını otarmaqla məşğuldur. Yəni aldığı maaş əvəzinə gəlib burada mənim kimi çobanlıqla məşğuldur.
 Xatırladım ki,  Mürşüd ona 2024-cü ildə otlaq sahəsində bir sezon otarmaq üçün verdiyim və özünün də etiraf etdiyi 4000 manat pulumu hələ də qaytarmır. Pulun verilməsi barədə şahid ifadəsi və 1000 manatın Mürşüdün bank kartına köçürmə etdiyim barədə sənədin olması) Mən sübutları təqdim etsəm də Abşeron RPİ-nin Fərman kimi təhqiqatçıları maddi maraqları təmin edilərək cinayət işinin başlanmasını rədd etmişlər. Və bu gün Mürşüdə vəkillik edərək onun dövlət torpağını son 6 ildə zəbt edərək istifadə etməsinə, sahədə Fizuli müəllimin ASC-nə məxsus olan ferma tikilisində sənədsiz olaraq ələ keçirərək bizi kimi fermerlərə icarəyə verməklə törətdiyi cinayətlərini davam edir. Təhqiqatçı Fərman da onun cinayətlərini müdafiə etməklə ona haqq qazandırmışdır.
 Lakin bu quldur dəstəsi yenə də mənə qarşı təxribatlarını davam etdirirlər. Budur sonuncu dəfə 12 oktyabr 2026-cı ildə yenə “Ramazan” otlaq sahəsindəki rəsmi icarəyə götürdüyüm yerimdə olarkən bu dəfə Bəxtiyarın qardaşı Midyar məni görüb üstümə hücum çəkdi. Əlindəki ağacla əvvəlcə sifətimi möhkəm vurdu və qana boyadı. Sürdüyüm Niva markalı avtomobilin də alın şüşəsini vurub sındırdı.( videofakt əlavə edilir) Yəni bu adamlar özlərindən o qədər arxayındırlar ki, məni yenidən təxribata dava dalaşa çəkməklə yenidən barəmdə cinayət işi açdırmaq istəyirlər. Yəni, Bəxtiyar-Midyar qardaşlarının heç bir sənədi olmadığı halda özlərinin ( əslində SOCAR məmurunun) 2000 baş qoyunu və 170 baş mal qarasını Mürşüdün hələ rəsmiləşdirmədiyi dövlət torpağını zəbt etməklə otarır və eyni zamanda mənə məxsus rəsmi 227 ha torpağı da basıb otarırlar. Oktyabrın 12-də  də məni döyüb qanıma qəltan etdilər. Bu adamlar özlərini qoçu və arxalı köpəklər kimi aparırlar. Əslində isə SOCAR məmurunun mal qarasına naxırçılıq edirlər. Və ona güvənərək mənə ağır bədən xəsarətləri yetirmişlər. Hazırda sol gözüm aldığım zərbədən çox zəifləyib. 13 oktyabrda verdiyim şikayətə isə Abşeron RPİ-də Rəfael adlı təhqiqatçı baxır. Midyarla məni  cəmi bir dəfə dəvət edib hadisəni soruşdu. Midyar qəti olaraq boynuna almadı ki, mən Əfqanı nə görmüşəm, nə də maşınını nə özünü vurmamışam. Yəni təhqiqata yalan ifadə verdi. Mən də yalançı barədə arvad uşağı barədə bir iki kəlmə desəm də gözlərini döyməklə məşğul oldu. Amma bu SOCAR təqaüdçüsü unudur ki, 12 oktyabr saat 4 radələrində onun mobil telefonunun anten məlumatlarını təhqiqatçı ortalığa qoysa otlaq sahısində mənim yanımda olması sübuta yetər. O zaman sahədə ikimizdən başqa kimsənin olmaması və aldığım xəsarətə görəsən kim məsuliyyət daşıyır? Budur aradan 1 aya yaxın vaxt keçməsinə baxmayaraq Abşeron RPİ-nin Rafael adlı təhqiqatçısı işi bizə məlum olmayan səbəblərdən uzadır. Hər dəfə də bir yalan uydurub başımı qatır. Min bir bəhanə ilə işi istintaqa göndərmək istəmir. Ona görə mən bu adamın işimi aparmasını istəmirəm.Hər dəfə DYP işçiləri avtomobilimi yolda saxlayıb alın şüşəsinin sınmasına förə incidirlər.
 Çox hörmətli Prezident, cənab İlham Əliyev və nazir Mikayıl Cabbarovdan, DTX rəisi cənab Əli Nağıyevdən( KOB sədri Orxan müəllimdən)  çox xahiş edirik ki, Abşeron rayon İH-dəki aidiyyatı məmurların mənimlə hazırda reallıqda boş olan “Ramazan” qış otlaq sahəsi daxilidə qanusuz olaraq dövlətin torpağını və Fizuli müəllimin ASC-nə məxsus tikili əmlakı zəbt edərək mənimsəyən və özünə məxsus olamayan əmlakları son illərdə Bəxtiyar və Midyara adlı qardaşlara  əsassız icarəyə verməklə qanunsuz pul qazanan Mürşüd Bayramov və onu müdafiə edənlər barəsində, həm də mənim sifət nahiyyəmə ağır zərbə vurub xəsarət yetirən, sol gözümün zəifləməsinə səbəb olan və avtomobilimin şüşəsini sındırmaqla maddi ziyan vuran SOCAR ın saxta təqaüdçüsü olan Midyar və təhqiqatçı Rəfael barəsində  qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara  göstəriş verəsiniz. Sağ olun.              
          
 
Aktualinfo.net




Xəbəri paylaş


 
 


Xəbər lenti