Güney Azərbaycan farslara bu şeirlə cavab verdi: "Güldün mən ağlayanda, indi mən də dinmirəm..." - VİDEO
9-01-2026, 13:29

Hazırda İranda genişmiqyaslı xalq etirazları davam edir və bu aksiyaların coğrafiyası günbəgün genişlənir. Artıq bir neçə böyük şəhərdə etirazçılar faktiki nəzarəti ələ alıb, rəsmi Tehran isə aksiyaların qarşısını almaqda aciz görünür. Əhalinin sosial-iqtisadi narazılığı pik həddə çatıb, İran rejiminin ölkəni uzun illərdir dünya ilə qarşıdurma və blokada şəraitində idarə etməsi insanların gündəlik yaşayış imkanlarını kəskin şəkildə məhdudlaşdırıb.
Mövcud mənzərə fonunda diqqət çəkən və həm ölkə daxilində, həm də regionda müşahidəçilər tərəfindən xüsusi qeyd olunan paradoksal bir məqam var: etirazların əsas ağırlıq mərkəzi daha çox farsların yaşadığı bölgələrdə və digər etnik qrupların məskunlaşdığı ərazilərdə müşahidə olunur. Buna qarşılıq, Azərbaycan türklərinin kompakt yaşadığı bölgələrdə, o cümlədən Güney Azərbaycanın paytaxtı sayılan Təbriz şəhərində aksiyalar ya ümumiyyətlə baş vermir, ya da olduqca məhdud xarakter daşıyır.
Bu vəziyyət artıq İran daxilində də müzakirə predmetinə çevrilib. Müxtəlif fars yönümlü təşkilatlar, media qurumları və müxalif sosial şəbəkə səhifələri Azərbaycan türklərinin etirazlara kütləvi şəkildə qoşulmamasını açıq şəkildə tənqid edir, bəzi hallarda isə təhqiramiz ritorikaya yol verirlər. Bu dairələr Güney Azərbaycan əhalisinin mövqeyini sual altına almağa çalışır.
Musavat.com İranın güneyində yaşayan azərbaycanlıların bu proseslərə münasibətini və mövqeyini ifadə edən diqqətçəkən bir şeiri oxuculara təqdim edir. Həmin poetik nümunədə yüksək bədii dil və aydın mesajlarla Güney Azərbaycanın niyə ayağa qalxmadığı, niyə mövcud etiraz dalğasına aktiv şəkildə qoşulmadığı izah olunur.
00:5300:53
Şeirdə Tehrana və fars ictimai-siyasi çevrələrinə Azərbaycan adına açıq və sərt xitab edilir: “Sən mən ağlayanda güldün, indi isə mən dinmirəm”.
Poetk dillə xatırladılır ki, Azərbaycan türkləri illər boyu ayağa qalxanda, Urmiya gölünün taleyi, ana dili, milli kimliyi və tapdanan haqları üçün səs qaldıranda fars hakimiyyəti, Tehran mərkəzi, paytaxt mediası və fars siyasətçiləri bu çağırışlara qulaq asmadı. Əksinə, Güney azərbaycanlıların haqlı tələbləri ya görməzdən gəlindi, ya da təhqir olundu, bəzi hallarda aşağılayıcı ifadələrlə hədəfə alındı. Şeirdə vurğulanır ki, bu gün türklərin etirazlara məsafəli yanaşması qorxu və ya biganəlik deyil, məhz həmin tarixi təcrübənin nəticəsidir. Azərbaycan türkü deyir ki, “Mən ayağa qalxanda sən dinmədin, indi də mən dinmirəm”.

Eyni zamanda poetik mətndə açıq sual qoyulur: bu aksiyaların sonunda hakimiyyətə kimin gələcəyi bəlli deyil – Məhəmməd Rza şahın oğlu Rza Pəhləvininmi, yoxsa başqa bir siyasi gücünmü. Azərbaycanlılar isə Pəhləvilər dönəmində Güney Azərbaycana yaşadılanları unutmayıb. Məhz bu tarixi yaddaşa söykənərək şeirdə qeyd olunur ki, azərbaycanlılar kənardan yönləndirilən, sonu və nəticəsi qeyri-müəyyən olan aksiyalara qoşulmur və öz haqqını nə zaman ayağa qalxaraq, nə vaxt və hansı formada tələb etməyin lazım olduğunu hamıdan yaxşı özü bilir...
Musavat.com

Xəbəri paylaş