Kartof-soğanı bahalaşdıran daha bir amil - idxal azaldılanda da problem olur, çoxaldılanda da...
20-04-2023, 11:41 123 dəfə baxılıb
Azərbaycanda hər il yaz aylarında kartof-soğan bahalaşır. Bu, “köhnəsi qurtarır, yenisi də hələ çıxmayıb” prinsipi ilə də izah edilir.
Ancaq müşahidələr göstərir ki, son bir ildə kartof-soğanın qiymətində ciddi bahalaşma var.
Düzdür, məsələyə fermerlərin, kəndlilərin baxış bucağından yanaşanda soğan-kartofun ifrat ucuz olması da arzuolunan deyil. Amma məsələ ondadır ki, hazırda baha qiymətə bu məhsulları kəndlilər deyil, şirkətlər, anbar sahibləri satır.
Qiymətin bahalaşmasına səbəb olan amil isə son illərdə kartof və soğanın idxalına məhdudiyyətlər tətbiq edilməsi də göstərilir. Belə ki, bir neçə il öncə fermerlər, kəndlilər şikayətlənirdilər ki, şirkətlər xaricdən ucuz qiymətə kartof-soğan gətirib satdıqları üçün onlar yerli malı maya qiymətinə də sata bilmirlər. Bundan sonra xüsusilə İrandan kartof gətirilməsinə məhdudiyyətlər tətbiq olunur, məhz yerli istehsalı stimullaşdırmaq üçün. Ancaq hesablamaların, həcmlərin düzgün nizamlanmaması səbəbindən, idxal normadan da aşağı olduğundan həddən artıq bahalaşmaya gətirib çıxarır.
Bəs bu məsələni necə tənzimləməli? İdxalı tələbə uyğun nizamlamaq mümkün deyilmi?
Akif Nəsirli: “Hökumət ölkədə daha az məhsul istehsal olunduğunu müəyyənləşdirib, onun ixracatına məhdudiyyətlər, kvota qoymalı idi”
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a danışıb. Ekspert ilk öncə kartof məhsulunun bahalaşma amillərindən söz açaraq bildirib: “Kartof yeganə kənd təsərrüfatı məhsuludur ki, ölkənin yerli tələbatını 80-90 faiz ödəyəcək qədər istehsal olunur. Yəni demək olar ki, istehsal olunan yerli məhsulla yerli tələbatı tam ödəmək mümkündür. Lakin müəyyən vaxtlarda bu məhsul Azərbaycandan kənara bol ixrac olunduğuna görə yerli tələbatın ödənilməsində çətinlik yarandığını müşahidə edirik.
Bundan başqa, hələ ki ölkəmizdə kartofun yüksək səviyyədə saxlanılması ilə bağlı texnologiya tam formalaşmayıb. Buna görə də kartofun bir hissəsini əsasən xarici ölkələrdən alırıq. O cümlədən Pakistan, İran, Ukrayna, Belarusdan ölkəmizə kartof gətirilir. Lakin son vaxtlar Qida Təhlükəsizliyi Agentliyi İrandan və Belarusdan gətirilən kartofun tərkibində zərərli maddə aşkarladığı üçün 24 ton İran, təxminən 506-0 ton Belarus kartofu dövriyyədən çıxarılaraq, məhv edildi. Yəni son vaxtlar ölkədə kartofun qiymətinin bahalaşması Belarus və İrandan gətirilən kartofun idxalına məhdudiyyət qoyulması ilə əlaqədar ola bilər.
Digər tərəfdən, ölkədə istehsal olunan kartof ehtiyatı artıq tükənib, yeni kartof isə hələ ki kütləvi şəkildə bazara çıxarılmır. Yeni məhsulun bir neçə gün, bəlkə də təxminən 10 gün sonra artıq bazara çıxarılacağı gözlənir. Hazırda bazara çıxarılan yeni kartof hələ ki nübar olduğuna görə qiyməti bahadır. Qiyməti təxminən 2-3 manat arasında dəyişir".
Akif Nəsirli soğan məhsulunun qiymətinin bahalaşmasını bu cür şərh etdi: “Soğan məhsulunun qiymətinin bahalaşması ilə bağlı məsələ tamam başqadır. Azərbaycanda hər il yerli tələbatdan daha çox soğan istehsal edilir.
Ötən il, yəni 2022-ci ildə bütün dünyada soğan istehsalında problem yaşandı, o cümlədən Azərbaycanda. Belə ki, sahələrdə soğanın məhv olması prosesi getdi. Və bu prosesin nə ilə bağlı olduğunu dəqiqləşdirə bilmədilər. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi deyə bilmədi ki, sahələrdə soğan niyə çürüyür. Beləliklə, ötən il Azərbaycanda əvvəlki illərə nisbətən az soğan istehsal olunub.
Bununla yanaşı, 2022-ci ilin dekabrı, 2023-cü ilin yanvar aylarında həmişə olduğu kimi, Azərbaycanda kütləvi şəkildə soğanın ixracı baş verdi. Nəticədə ehtiyatın tükənməsinə və indiki şəraitin yaranmasına səbəb oldu. Lakin bu proses hər il təkrarlanır. Əslində hökumət məhsulların ixracını, istehsalını, satışını tənzimləməli, məhsuldarlığın həcmini müəyyənləşdirməlidir. Yəni bazar hökumət tərəfindən tənzimlənməlidir, əks halda, ciddi problemlər yaşanır.
Xatırlayırsınızsa, ötən illərin birində sarımsağın kilosu 12-13 manata qədər bahalaşmışdı. Növbəti il isə sarımsağın kilosu dəfələrlə ucuzlaşdı. Bu cür prosesin baş verməməsi üçün hökumət əvvəlcədən tədbirlər görməlidir".
Ekspert qeyd edib ki, məhsulların qiymətinin kəskin dəyişməsi həmin sahədə ixtisaslaşmaya da mane olur: “Məsələn, soğanın ucuz olduğu il fermer həmin məhsulun yerinə kartof əkir. Bu zaman kartofun yetişdirilməsində təcrübəsizlik edir, məhsuldarlıq aşağı düşür.
Beləliklə, bir daha qeyd edirəm ki, hökumət bazarı tənzimləməlidir. Məsələn, ötən il ölkədə daha az soğan istehsal olunduğunu müəyyənləşdirib, noyabr aylarından etibarən soğan ixracatına məhdudiyyətlər, kvota qoymalı idi. Əgər lazım idisə, embarqo və yaxud rüsum da qoya bilərdi. Bütün bunların nəticəsidir ki, indi soğanın qiyməti xeyli bahadır".
Akif Nəsirlinin sözlərinə görə, may ayının əvvəlindən etibarən kartof-soğanın qiymətində ucuzlaşma gözlənilir: “Hesab edirəm ki, kartofun ucuzlaşması təxminən 15-20 gün çəkəcək. Soğan isə daha tez ucuzlaşmağa başlayacaq. Çünki soğan mövsümü daha tez başlayır və soğanın bazara çıxması da sürətlə baş verir. Həm də kartofa tələbat soğana olan tələbat kimi deyil. Qiymətlərin ucuzlaşması üçün bazara min tonlarla kartof çıxmalıdır. Lakin soğanın ucuzlaşması üçün 150-200 ton soğanın bazara çıxması kifayət edir. Çünki qeyd etdiyim kimi, tələbat məsələsi var. Məsələn, alıcı bazar gedəndə tutaq ki, 10 kq kartof alanda, 3 kq soğan alır.
Lakin bir daha qeyd edirəm ki, gələcəkdə eyni vəziyyətin baş verməməsi üçün hökumət kənd təsərrüfatı məhsullarının istehsalını, satışını ixracatını tənzimləməlidir".
İqtisadçı Natiq Cəfərli isə mövzuya bu cür mövqe bildirdi: “Azərbaycanda kartof və soğanın bahalaşması əhalini daha çox narahat edir, çünki ən çox istehlak edilən məhsullardandır.
Natiq Cəfərli: “Fermerlər öz məhsullarını daha baha satmaq istəyir, çünki...”
Qiymətlərin bahalaşmasına gəldikdə isə burada mövsümü səbəblər var. Yəni həmişə mart-aprel aylarında soğan-kartofun qiymətində artımlar olub. Ümid edək ki, may-iyun aylarında vəziyyət bir qədər düzələcək, sabitləşəcək.
Burada xarici ölkələrdən, o cümlədən İrandan gələn kartof və soğanın həcminin kəskin azalması da mühüm rol oynayır.
Lakin fikrimcə, ən böyük amillərdən biri fermerlərin öz məhsullarını daha baha satmaq istəyidir və bu, təbiidir. Çünki ölkədə hər şeyin qiyməti qalxır. Əgər ölkədə yağın, ətin, qeyri-ərzaq məhsullarının qiyməti qalxarsa, fermerdən tələb etmək ki, daha ucuz satın, bu doğru deyil. Təbii ki, mövcud vəziyyətə görə fermer də çalışacaq ki, məhsulunu daha baha satsın ki, artan ehtiyaclarını ödəyə bilsin".

Xəbəri paylaş