Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
13-12-2024, 12:24 102 dəfə baxılıb
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar-sentyabrı üzrə ölkənin tədiyə balansına dair göstəriciləri açıqlayıb. Balansdan aydın olur ki, 2024-cü ilin 9 ayı ərzində tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənib. Cari əməliyyatlar balansında 4 milyard dollar həcmində profisit formalaşıb, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar) isə 3.6 milyard dollarlıq kəsir yaranıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 0.2 milyard dollar artıb. Bu dövrdə Azərbaycanın ixrac etdiyi xam neftin orta qiyməti 86 dollar təşkil edib.
Mərkəzi Bankın məlumatına əsasən 2024-cü ilin 9 ayının yekununda cari əməliyyatlar hesabının profisiti 4 milyard dollar və ya ÜDM-in 7,2 faizini təşkil edib. Bu, 2023-cü ilin 9 ayı ilə müqayisədə 2,7 milyard dollar və ya 40,3 faiz azalma deməkdri - ötən ilin eyni dövründə göstərici 6,7 milyard dollar olmuşdu. Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 7.8 faiz azalmaqla 11.1 milyard dollar, qeyri neft-qaz sektoru üzrə kəsir isə 32.9 faiz artaraq 7.1 milyard dollar məbləğində olub.
2024-cü ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 31.5 milyard dollar təşkil edib, neft-qaz sektoru üzrə yaranan 15.1 milyard dollar həcmində profisit qeyri neft-qaz sektoru üzrə yaranan 8.1 milyard dollarlıq kəsiri tam kompensasiya edib. Nəticədə hesabat dövründə xarici ticarət balansında 7 milyard dollar həcmində profisit yaranıb. Hesabat dövründə Azərbaycan dünyanın 172 ölkəsi ilə ticarət edib, xarici ticarətin 14.1 faizi MDB üzvü olan ölkələrin, 85.9 faizi isə digər xarici ölkələrin payına düşüb.
Hesabat dövründə əmtəə ixracı 11.7 faiz azalaraq 19.3 milyard dollar təşkil edib. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 16.9 milyard olub. İxrac olunmuş neft-qaz məhsullarının (16.9 milyard dollar) 11.6 milyard dolları xam neftin, 4.9 milyard dolları təbii qazın, 0.4 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2024-cü ilin 9 ayı üzrə qeyri neft-qaz ixracı 0.3 faiz azalaraq 2.4 milyard dollar təşkil edib.
2024-cü ilin 9 ayında Azərbaycanın əmtəə idxalı ötən ilin eyni dövrü iıə müqayisədə 3.5 faiz artaraq 12.3 milyard dollar təşkil edib: o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri 4.9 milyard dollar olub. Bunun da 1.6 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri neft-qaz sektoru üzrə idxal 16.2 faiz artaraq 10.5 milyard təşkil edib. Qeyri neft-qaz idxalının strukturunda: turboreaktiv mühərriklərin (2.7 dəfə); kərə yağının (72.4 faiz); kommutasiya qurğularının (40.5 faiz); kran, klapan, boru kəməri armaturlarının (34.0 faiz); yük avtomobillərinin (29.0 faiz); metalların (24.6 faiz); bitki yağlarının (23.6 faiz); mebel məhsullarının (21.9 faiz); elektrik maşınların və aparaturanın (21.6 faiz); dəmiryol nəqliyyat vasitələrinin (lokomotivlərin) (19.7 faiz); qazanlar, avadanlıq, mexaniki qurğuların (19.4 faiz); daxiliyanma mühərriklərinin (18.5 faiz) idxalı daha çox artıb.
2024-cü ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 13.2 milyard dollar təşkil edib. Bunun 7.4 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 5.8 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 10.5 faiz azalaraq 1.6 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.4 milyard dollar olub. Qeyri neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə neytral səviyyəyə (0.2 milyard dollar) çatıb. Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.5 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 3.7 milyard dollar olan nəqliyyat xidmətlərinin 61.5 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.
Doqquz ayda Azərbaycandan nqəliyyat xidmətləri ixracı artıb. Belə ki, Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.3 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.4 milyard dollar təşkil edib.
2024-cü ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 42.7 faiz artaraq 2.8 milyard dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.6 milyard dollar) idxalı (1.2 milyard dollar) üstələməsi nəticəsində 0.4 milyard dollar həcmində profisit yaranıb.
Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6 milyard dollar kəsir, qeyri neft-qaz sektoru üzrə isə 0.6 milyard dollar profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 17.2 faiz azalaraq 2.0 milyard dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5.8 milyard dollar olub. Bunun 67 faizi 3.9 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (2.8 milyard) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.6 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (0.3 milyard dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (0.4 milyard dollar) və digər ödənişlər (0.4 milyard dollar) təşkil edib.
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 1.4 milyard dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 969.4 milyon dollar, ödənişlər isə 478.4 milyon dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 87.5 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 10.7 faizini ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.8 faizini isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 33.7 faiz azalaraq 848.5 milyon dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 1.6 faiz artaraq 408.3 milyon dollar bərabər olub. Nəticədə pul baratları üzrə 440.2 milyon dollar müsbət saldo yaranıb.
2024-cü ilin 9 ayında ölkənin xalis maliyyə aktivləri 1 milyard 390.9 milyon dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584.0 milyon dollar), portfel investisiyaları (724.5 milyon dollar) və digər investisiyalar (82.4 milyon dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri 2 milyard 179.6 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235.6 milyon dollar), neft bonusu (457.8 milyon dollar), portfel investisiyaları (-960.6 milyon dollar) və digər investisiyalar (-1 milyard 441.2 milyon dollar) hesabına formalaşıb.
Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.5 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1.4 milyard dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.8 milyard dollar kəsir yaranıb. Qiymətləndirmələrə görə, qeyri neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2.7 faiz artaraq 0.9 milyard dollar təşkil edib.
Ölkə iqtisadiyyatına ümumi capital qoyuluşunda azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 910,3 milyon manat məbləğində investisiya yatırılıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalma deməkdir. Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb.
İnvestisiyanın 8 milyard 138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard 66,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib
İnvestisiyaların 11 milyard 434,8 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
AMB Azərbaycanın cari əməliyyatlar balansında profisitin ortamüddətli dövrdə davam edəcəyini gözləyir. Lakin onun məbləğinin azalması da gözləntilər sırasındadır. Bu gözləntilərin əsasında ölkənin neft ixracının həcmcə azalması, həmçinin dünya bazarında neft qiymətlərinin düşməsi ehtimalı dayanır.
Bu amilləri nəzərə alan S&P beynəlxalq reytinq agentliyi 2024-cü ildə Azərbaycanın cari əməliyyat balansının (CƏB) profisiti üzrə proqnozunu 10,3 faizdən 6,9 faizə, 2025-ci ildə 6,9 faizdən 2,7 faizə, 2026-cı ildə 5,7 faizdən 1,2 faizə endirib. Reytinq agentliyinə görə, 2027-ci ildə profisiti defisit əvəzləyəcək. Buna görə də əvvəlki 4,6 ik profisit proqnozunu 0,2 faizlik kəsirlə əvəzləyib.
Reytinq agentliyi eyni səbəbdən ticarət balansının ÜDM-ə nisbəti üzrə proqnozunu bu il üzrə 17 faizdən 13,6 faizə, 2025-ci il üzrə 14,3 faizdən 9,4 faizə, 2026-cı il üzrə 13,2 faizdən 7,8 faizə, 2027-ci ildə isə 12,2 faizdən 6,3 faizə endirib.
Qeyd edək ki, AMB sədri Taleh Kazımov bu il noyabrın 1-də keçirdiyi mətbuat konfransında 2024-cü ilin sonuna CƏB-in profisitinin 5,3 milyard dollar, 2025-ci ildə isə 5,5 milyard dollar səviyyəsinə olacağını açıqlayıb.
Dünya SAKİT,
Musavat.com

Xəbəri paylaş