Brüsseldə dördüncü görüş hansı nəticələrlə bitdi? - "Əgər delimitasiya və demarkasiya olsa..."

 
1-09-2022, 13:57           
Avqustun 31-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunan sayca dördüncü görüşü oldu.
Mişel görüşdən sonra yaydığı açıqlamada bildirib ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşıblar.
Brüssel müzakirələrini şərh edən Azərbaycanın keçmiş xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, sülh sazişi daha çox Ermənistana lazımdır: "Onlar dalana dirəniblər, ona görə onlar üçün çox vacib və sərfəlidir ki, yolları açsınlar, pul qazansınlar. Ticarət dövriyyələri artacaq, tranzitə görə pul alacaqlar. Əgər onlar, doğurdan da, tam şəkildə başa düşsələr ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq lazımdır, buna delimitasiya və demarkasiyadan başlamaq lazımdır. Çünki mallar gedəndə, ticarət olanda bunun gömrüyü var, sərhədçiləri var, yoxlamalıdırlar. Əgər delimitasiya və demarkasiya olsa, ondan sonra sülh sazişi bağlamaq problem deyil".

Keçmiş nazir düşünür ki, tərəflər arasında mövcud problemlərin həlli həm də birbaşa, vasitəçi olmadan danışıqların aparılmasından keçir: "Ermənistanla danışıqları ən yaxşısı birbaşa aparmaq lazımdır, heç bir vasitəçi olmadan. Xarici işlər nazirlərinin Tbilisidə görüşü oldu. Mən təklif edərdim ki, onlar və ya onların nümayəndələri Ermənistan-Azərbaycan sərhədində görüşsünlər. Vasitəçi olmadan, birbaşa söhbət edəndə nəsə sübut etmək, başa salmaq və ya təklif etmək olur. Yenə sual verə bilərsiniz ki, Rusiya buna gedəcəkmi? Siyasi baxımdan razılığa gəlsək, bəli, ən yaxşısı üçüncü tərəf olmadan, birbaşa danışıqları aparmaqdır".
Politoloq Fərhad Məmmədov bildirir ki, Avropa İttifaqı Rusiyanın tərəfi olmadığı mövzularda ən fəaldır. Ekspert xatırladır ki, Rusiya üçtərəfli bəyanatda və nəqliyyat dəhlizlərinin açılması məsələlərində Azərbaycan və Ermənistanla yanaşı üçüncü maraqlı tərəfdir: "Sərhədlərin delimitasiyası və sülh müqaviləsi mövzusunda isə Aİ özünü daha rahat hiss edir, çünki bu format ikitərəflidir. Əsas məsələ sülh müqaviləsi ilə bağlıdır. Danışıqlarda xarici işlər nazirləri də iştirak etdiyi üçün bu istiqamətdə irəliləyiş gözləməliyik. Mütəxəssis dairələrində bu gözləntilər üç-dörd aylıq bir müddət göstərilməklə bir qədər şişirdilir.  
F.Məmmədov daha sonra görüşdə başqa diqqətçəkən məsələlərə toxunub: "Mişelin Azərbaycan tərəfinə təxribatçıların azad edilməsinə çağırışı: Düşünürəm ki, Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq erməni diversantları da azad oluna bilər ki, ölkəmizdə nə Qarabağda, nə də həbsdə bir nəfər də olsun erməni əsgər qalmasın.
Liderlərin ritorikası ilə bağlı çağırış ayrı-ayrılıqda qeyd olundu. Demək olar ki, vəziyyəti gərginləşdirməmək xahişi oldu. Yaxşı, tutaq ki, burada necə deyərlər, Azərbaycan tərəfinə çağırış ünvanlanır. Lakin Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri vaxtında və məsuliyyətlə yerinə yetirərsə, Azərbaycanın ritorikası da qaydasına düşər.
Beləliklə, biz razılaşmaların vaxtında və tam şəkildə həyata keçirilməsi üçün addımlar gözləyiri



Xəbəri paylaş


 
 


Xəbər lenti