Komitə sədri elə sirləri açdı ki... - “Onları heç vaxt deməmişəm”
23-02-2026, 16:41

Deputat, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Musavat.com-a kifayət qədər maraqlı, sensasion açıqlamalarla zəngin müsahibə verib. Azərbaycanın tanınmış tarixçilərindən biri, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri (1999-cu ildən) olan dəyərli ziyalımızla söhbətimizi ilin əvvəlindən planlaşdırsaq da, yalnız bu günlərdə imkan oldu. 1956-cı ilin 10 yanvarında Masallı rayonunun Kolatan kəndində anadan olan Anar İsgəndərov 70 illiyi münasibətilə Prezident tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçımızın 2026-cı ilin 9 yanvar tarixli Sərəncamı ilə tarixçi alim Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeninə layiq görüldü.
Yeri gəlmişkən, əvvəlki illərdə Anar müəllim “Tərəqqi” medalı, “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik (1918-2018) yubiley medalı, yarım əsrən artıqdır çalışdığı “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı təltif edilib. Söhbətimizə başlayanda məlum oldu ki, plenar iclasdan çıxıb, elmi tədbirə tələsən professor orucdur. Elə bu məqamdan başladıq:
- Anar müəllim, Allah qəbul eləsin. Nə vaxtdan oruc tutursunuz?
- Lap uşaq yaşlarında olub, amma ötəri xarakter daşıyıb. Amma 1999-cu ildə müqəddəs Həcc ziyarətində olandan sonra artıq müəyyən xəstəliklər dövrünü çıxmaq şərtilə, mütəmadi şəkildə oruc tutmuşam. Hər hansı bir problem olmur. Su ilə bağlı nə isə ola bilər, amma yeməklə bağlı heç bir zaman, tələbəlik illərindən bu günə qədər elə bir problem olmayıb.
- Orucluğun qaydaları haqqında yəqin sizin də düşüncələriniz var...
- Təbii ki. Kifayət qədər. Həm dini cəhətdən bunu bilərəm, həm də fiziki cəhətdən, orucluq sağlam insanlara nə verir, onu bilirəm. Amma aldığı barədə kim nə desə, inanmıram.

- Bir çoxları oruc tutur, amma eyni zamanda, əməlləri bir başqadır. Belələrinə münasibətiniz necədir?
- Ümumiyyətlə, insan nə zaman kamil insan olur? Onun əməlləri düz olanda. Onsuz da dil yumşaq bir nahiyədir. Allah Təala da gözəl bir səs də veribsə, hamının diqqətini cəlb edə, hamını dilinlə vura bilərsən. Ancaq bu, müvəqqəti xarakter daşıyır. İnsan əməllərinin sahibi olanda qəhrəmana çevrilir, dilin yox. Çox zaman dili bəla olur insana. Amma əməl, təbii ki, əməl deyəndə əməli saleh olmaq başqa şeydir. Barmaqla göstərirlər ki, bax, o, kişi adamdır, o yaxşılıq edən, əlimdən tutan, kitabı mənə verən, gor göstərən o oldu. Bax, əməl budur. Amma bir də görüb, deyirlər ki, bax, məni aldadan o oldu. Əvvəl gəldi mühazirəyə başlayanda hamını inandırdı ki, heç kim özünü tapşırtdırmasın. Amma semester imtahanı olan günü məlum oldu ki, qabağında bir dənə siyahı var, siyahıya baxır və qərar qəbul edir. Bax, o, filan müəllimdir. Bax, əməl belə üzə çıxır. Ona görə də bir daha deyirəm, insan dil qəhrəmanı yox, əməl qəhrəmanı olanda çox rahat olur. Heç bir problemi, qayğısı olmur. Kiminsə yanında bir hərəkətin sahibi deyil ki, sabah desinlər: sən belə idin. Ona görə də o cəhətdən mən uşaqlıqda da elə bir ailədə tərbiyə almışam ki, hər şey orda halal olub, hər şey. İndi bəzi insanlara belə gəlir ki, birinci su olmalıdır. Əlbəttə, elə başda birinci su olmaqla, yediyimizdə, aldığımız tərbiyədə elə böyütdülər, illər keçdi, gəldi, universitet tələbəsi olduq, burda da o zəhmət, yataqxana həyatı... Həmişə deyirəm, qaldığımız yataqxana Avakyan küçəsində yerləşdi, təhsil aldığımız yer də “Kommunist” küçəsində. O dövrün adları elə idi. Amma nə Avakyanı sevdik, nə də kommunist düşüncəsi ilə yaşadıq. Ona görə də bir müəllim kimi Azərbaycanın müstəqilliyi, suverenliyi üçün mümkün olanları etməyə çalışdıq. Yalandan nə qədər demək olardı ki, biz 1813-28-ci ildə biz Rusiyaya xoşluqla birləşmişik? Daxilən bilirdik ki, biz birləşməmişik, işğal olunmuşuq. Nə qədər demək olardı ki, 1920-ci ilin aprelində xoş günə çıxdıq. Ürəyimizdə bilirdik ki, o tarixdə müstəqil Azərbaycanın fəaliyyətinə son qoyulub.
- Sovet dövründə də müəllim kimi çalışmısınız. Təbii ki, o zaman müəyyən məhdudiyyətlər olduğu üçün ürəyinizdəkiləri açıb deyə bilmirdiniz, Cümhuriyyətlə bağlı faktları görməzdən gəlirdiniz məcburən. Təsəvvür edirəm, arxiv sənədləri ilə tanış olan bir tarixçi ürəyində nələr çəkirmiş...
- Müəyyən məhdudiyyətlər yox e. Ümumiyyətlə, Cümhuriyyət ifadəsi yox idi. O zaman belə bir ifadə var idi ki, “osmanlıların əlaltıları və ingilislərə satılmışlar”. Cümhuriyyətin tərifi bu idi. Ümumiyyətlə, o ad dilə gətirilmirdi. Əgər o dövrün qəhrəmanı Şaumyan idisə, onda Cümhuriyyət necə dilə gətirilərdi? Ona görə Azərbaycan tarixinin elə problemləri var ki, dünyanın heç bir xalqının problemi ilə müqayisə olunmur. Yəni problem 180 dərəcə təhrif olunub. 1918-ci ilin martında biz nə oxuyurduq? Vətəndaş müharibəsi olub, vətəndaş müharibəsinin günahkarı Azərbaycanın milli demokratik qüvvələridir, vətəndaş müharibəsi qəhrəmanı Şaumyandır. Nə vətəndaş müharibəsi? 10 minlərlə azərbaycanlı soyqırıma məruz qalıb. Yaxud Cümhuriyyətlə bağlı dövrə gələndə, biz ümumiyyətlə, belə bir dövlətin olduğu haqqında heç nə bilmirdik, tarix ilə yazılmışdı. Amma mən sizə bunu da deyim: gürcü tarixçiləri quruluşun sərtliyinə baxmayaraq, ilk cümlələri belə başlayır: “1921-ci il fevralın 25-də Gürcüstanın müstəqilliyinə son qoyulub”. Sovet dönəmində yazdıqları cümləyə baxın. Bu cümlədən sonra sovet dövlətinin tərifini verirdilər. Amma evdə hər bir uşaq atasından soruşurdu: “Fevralın 25-də nə oldu ki?” Amma biz aprelin 27 – 28 - də nə olub, sualını heç kimə verə bilmirdik. Çünki biz elə başa düşdük ki, Azərbaycan xalqının xoşbəxtliyi elə aprelin 28-i ilə bağlıdır.
- Yəni “Günəş şimaldan doğub” ?
- Bəli. Hətta bizi inandırmışdılar ki, şimaldan gələn külək isti küləkdir. Amma illər keçəndən sonra bildik ki, şimaldan heç bir zaman heç bir istilik, nəinki isti külək, ümumiyyətlə, şimaldan gələn isti heç nə yoxdur. Onu sonralar dərk elədik.

- İlk dəfə nə zaman siz bu həqiqətlərin ən azı ilkin işartılarını görə bildiniz?
- Sovet dövləti dağılmamışdı. Azərbaycanın Rusiya tərəfindən işğalını hələ tələb olanda bildik. Təbii ki, hamı hamidan şübhələnirdi. Bilmirdik axı, bunu kimin yanında demək lazımdı. Ancaq onda müəyyən məsələlər oldu və bir məsələni də deyim: axı, Əbülfəz Elçibəy bizim müəllimimiz idi, bizim auditoriyadan aparıldı, həbs olundu. 1975 – ci ilin yanvar semestrində.
- Sizə dərs deyən vaxt?
- Yox, qonşu auditoriyadan. Təbii ki, yataqxanada hamı bunu əzbər bilirdi. Amma işğal haqda bilmək başqa şey, cəsarət edib danışmaq başqa şey. Həm də ki, tarixçi olan yataqxana belə idi ki, hökmən orda siyasi söhbətlər olurdu və ya o siyasi söhbətdən qaçmaq olmurdu. Amma bu, təbii ki, bir dövr idi. Əsas məsələlər 80-ci illərin ortalarında yenidən Bakıya qayıtdıqdan, təyinatdan sonra, aspirant olduğum zaman oldu. Bəli, bir aspirant kimi Azərbaycandan kənara çıxanda görürdün ki, sənin oxuduqlarınla gördüyün arxiv sənədləri üst - üstə düşmür. Bir də hansı sənədi əldə edə bilirsən. Həm də məndə namizədlik dissertasiyasının mövzusu “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı” (1989-cu il-E.P.) idi. Mən bu dövrlə bağlı yazılan bütün əsərləri ələk - vələk elədim. Bir cümləni də sizə cəsarətlə deyim ki, həmin dövrdə müdafiə olunan dissertasiyalar içərisində mənim dissertasiyam o ruhda yazılıb ki, bu gün də mən onu qorxmadan, çəkinmədən çap edə bilərəm. Bir adam deyə bilməz ki, Anar müəllim, bəs, sənin namizədin belə oldu. Nə üçün? Çünki “ağ ləkələr” deyən Şaumyanla olan fikirləri mən o dissertasiyada vermişəm. Hansı sənədləri əldə etmişdim? Axı, o zaman arxivlər də bağlı idi, o sənədlər verilmirdi. Amma mən ilk işartıları, ilk gördüklərimi onda verdim. Allaha min şükür edirəm ki, sonra, doktorluq dissertasiyamda o fikirləri yüksək səviyyədə inkişaf etdirdim. 1989 - 91 - ci illərlə bağlı mənim təhlil süzgəcindən keçən yazım da var. O zaman yazıların bir hissəsi əsəblərin hökmü ilə yazıldı. Amma o yazılar dövriyyədə yer qazana bilmədi. Bir hissə isə ağılla zəka ilə, mənbə əsasında yazıldı. Sovet dönəmində heç vaxt mənbəyə istinad olunmurdu. “Kommunist Partiyası belə deyib”.
- Yaxud Mark, Engels, Leninə istinad...
- Ay sağ ol. Amma zaman keçdi, məlum oldu ki, tarix nədir. Arxasında mənbə varsa, o, tarixdir. Gününü göstər, sənədi göstər, mübahisəni göstər və analogiya, müqayisəni göstər.

- Elçibəyin həbsini xatırlatdınız. O, bu mövzuda nə deyirdi?
- Əslində o, millətin niyə biz müstəqil olmalıyıq və biz niyə müstəqil deyilik? İlk əvvəl tələbələrin beyninə yeritdiyi bu idi. Niyə SSRİ-ni bəyənməyək? SSRİ nəhəng dövlətdir. Hər bir bir xalqın bütün çətinliyini öz üzərinə götürüb, niyə onu bəyənməyək? O dövr üçün bu söhbətlərə ehtiyac var idi. Amma gələcəklə bağlı necə olacaq, o sualların cavabını verə bilməzdi, cavab vermək də mümkün deyildi. Necə ki, 1918-ci ildə biz müstəqilliyimizi əldə etdik, ancaq onun şirinliyini dada bilmədik. Nə üçün? Düşmən gecə-gündüz gecə-gündüz hazırlaşırdı ki, Azərbaycan torpaqlarını işğal eləsin və işğal etdi. O müstəqiliyi dada bilmədik.
- Yeri gəlmişkən, Elçibəyin məhkəmə istintaqına sizi çağırmadılar ki?
- Yox. Biz o dövrdə, o dairədə yox idik. Bəlkə də kimsə “mən-mən” deyə bilər. Yox, mən o sözü işlədə bilmərəm. Biz sadəcə seyrçi idik. Bizim qruplardan heç kim çağırılmadı. Çünki biz hadisələrin iştirakçıların içərisində yox, kənarında idik. Ancaq hadisələrin mahiyyətini başa düşürdük. Çünki biz tarixçi idik. Kimlər proseslərin içində olub, kimlər məlumatı xüsusi xidmət orqanlarına ötürüb, onunla bağlı eşitmişdik, amma iştirakımız olmayıb.
- Yəqin əsl həqiqətlərdən kifayət qədər məlumatınız var. Məncə, sizdəki sirləri indiyədək açıqlamamısınız, elə deyilmi?
- Təbii. Onları heç vaxt açıqlamamışam. Çünki bir halda ki, bir yerin iştirakçısı olmamısan, özünü yalançı qəhrəman eləmə! Həmçinin orda olanlar da bir-birini əzbər bilir. Kimsə var idi ürəkdən, kimsə var idi qəsdən və kim kimi satdı. Hətta bir dəfə Əbülfəz Elçibəy prezidentlikdən getdikdən sonra mənə müəyyən məsələləri dedi. Həm də tarix fakültəsində hansı müəllimlər üzə dayandılar, hansı müəllimlər dayanmadılar, bunu hamı əzbər bilir. Bu nəslin bir hissəsi yoxdur, ancaq bu, məlumdur. Əbülfəz müəllimin məhkəməsi uzun çəkdi və o məhkəmədə kimlər var idi, bilinirdi. Kim izahatını necə verdi, şahidlik elədi, onlar da məlum idi.

- Mərhum Heydər Əliyev bir dəfə demişdi ki, Əbülfəz Elçibəyin həbs olunduğunu bilən kimi, onun azad olunması barədə göstəriş verib...
- Təbii. Çünki heç bir müttəfiq respublikanın birinci şəxsi istəmirdi ki, onun respublikasında dissident olsun. Onu bir fərd kimi həbs etmək asan idi, ümumilikdə o fakt müttəfiq respublikanın adına yazılırdı. Müttəfiq respublikanın da birincisi heç vaxt elə şey istəməzdi. Həyat göstərdi ki, Heydər Əliyev qəlbən partiyanın oğlu yox, xalqının oğludur.
- Anar müəllim, sizin otağınızın pəncərəsi parlament binasə üzərindəki üçrəngli bayrağımızın dalğalandığı səmtə açılır. Çox maraqlıdır, sonradan Cümhuriyyətimizin çox qiymətli araşdırmaçılarından biri kimi məşhurlaşan tarixçi alimimiz ilk dəfə üçrəngli bayrağımızın sorağını nə zaman öyrənib, onu kəşf edib?
(Davamı olacaq)
Elşad Paşasoy,
Musavat.com

Xəbəri paylaş