Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:53 5 dəfə baxılıb
Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbəri, 37 yaşlı Yasin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, Göyçay rayonundan olan Yasin Əhməd orta təhsillidir.
Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Təqsirləndirilən şəxs və onun müdafiəçisi etiraz etməyiblər.
Məhkəmə baxışı 2025-ci ilin yanvarın 14-ə təyin olunub.
Qeyd edək ki, cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 şirkətin rəhbərlərindən biri - axtarışda olan musiqiçi həbs edilib. Həbs olunan 37 yaşlı Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsuilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilib.
Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xarici və daxildəki müəyyən hesablara milyonlarla pul köçürüb.
Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması adıyla köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.
Cinayətdə adı hallanan Yasin bu prosesə qoşulana kimi incəsənətlə məşğul olub, ona sözügedən iş üzrə nisbətən kiçik fiqur da demək olar. Elə toy danışığı zamanı müştərilərdən biri ona belə bir işə qoşulmağı təklif edib. Musiqiçi ilə razılaşma belə olub ki, adına şirkətlər yaradılacaq, o, əziyyət çəkmədən hər mədaxil nəticəsində pul qazanacaq. Yasini bu işə cəlb edən daha böyük “baş”lar var. Onlar da istintaqa cəlb edilib, həbsdədirlər.
Hazırkı təqsirləndirilən şəxsi ona görə nisbətən kiçik fiqur adlandırırıq ki, onun qazancı hər köçürülən məbləğdən cəmi 200-300 manat olub. Məsələn, dövlət qurumlarının birindən 20 min manat pul köçürülübsə, oradan Yasinə 200-300 manat çatıb. O, istintaq müddətində özünü qismən təqsirli bilib.
Yasin Əhmədov barəsində 2024-cü ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə-xüsuilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Həmin vaxt Yasin istintaqdan gizlənib, bu səbəbdən axtarışa verilib. O, bir neçə gün əvvəl tutulub, barəsində 2025-ci ilin yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.
İstintaq cinayət məqsədilə istifadə edilən şirkətlərin hansı vəzifəli şəxslərlə iş gördüyünü üzə çıxarıb. Süni şəkildə tenderlərdə qalib gələn şirkətlərə pul köçürüb mənimsəmə edən həmin şəxslərin adları istintaq materiallarında yer alıb.
İstintaq sənədlərinə görə, Yasin Əhmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin köməkçisi Abdullayev Samir Ramiz oğlu, “Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası”nın baş həkimi Xudiyev Azər Mənaf oğlu, “Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobaza”sının direktoru Məmmədov Yaqub Şəmsi oğlu, “Abşeron Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Vəliyev Elman İsrafil oğlu, “Xızı rayon Şorabad bələdiyyəsi”nin sədri İsmayılov Fazil Şükür oğlu, “Dəmiryolservis” MMC-nin sabiq direktoru Lütfəlibəyov Əli Əşrəf Orxan oğlu, “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin sabiq baş mühəndisi Sadıqov İsmayıl Lətif oğlu, “Bakı Xareoqrafiya Akademiyası”nın sabiq baş mühasibi Əzimov Sahib Şakir oğlu ilə əlbir olub.
Adları keçən şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər.
Ümumilikdə qurumlardan 5 milyondan artıq pul köçürülüb, onun 1 milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.
Məsələn, qurumlardan biri iki il ərzində mal-materiallar alınması üçün şirkətlərə dəyərindən 160 min manat artıq pul köçürüb.
Korrupsiya cinayətlərində əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Bu əsasla adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan tam ödətdirilib. Həmçinin cinayət məsuliyyətindən azad olunmaları üçün vurduqları ziyanın 25-50 faizi miqdarında dövlət büdcəsinə ödəniş də edilib. Bu səbəbdən qanunun müddəasına əsasən, onlar barəsindəki xüsusilə külli miqdarda mənimsəmə cinayətinə bəraətverici əsaslar olmadan xitam verilib.

Xəbəri paylaş